İkidilli köməkçi müəllimlər üçün seçim müsabiqəsi elan olunub

11 iyul tarixində ikidilli köməkçi müəllimlər üçün seçim müsabiqəsinin təqdimatı baş tutacaq. Müsabiqə gürcü dilinin “1+4” hazırlıq tədris proqramını keçmiş , etnik azlıq nümayəndələrinin gəncləri üçün nəzərdə tutulub. Layihə Gürcüstanda artıq 3 ildir həyata keçirilir. Biz oxşar proqramda iştirak etmənin nə dərəcədə effektli olması və onun nə dərəcədə peşəkar inkişafa istiqamətləndirilməsi ilə maraqlandıq. Bunların hamısı haqqında, Qeyri-Gürcü Dilli Məktəb Müəllimlərinin Milli Peşəkar İnkişafı  Mərkəzinin nümayəndəsi Tamar Kekelidze danışdı. O, qeyd olunan proqramı dəyərləndirdi.

“Qeyd olunan proqram 1+4″ hazırlıq tədris proqramının bakalavr kursunu bitirənlər, ana dilinə malik olan və hər hansl istiqmaətdə diploma sahib olanlar üçündür. Əksər hallarda onlar özləri yaşadıqları məkanın məktəblərində işlə təmin olunurlar. Belə halda öz icmalarında və məktəblərində onların cəmiyyət tərəfindən qəbul olunma göstəricisi daha yüksəkdir. Dərsin keçilməsi və planlaşdırılması prosesində pedaqoqa kömək edirlər. Bu yalnız işlə təmin olunma imkanı deyil, minimum 2 il akademik ili bu proqramda olmalıdırlar ki, gələcəkdə magistratura təhsillərini davam etdirsinlər. Onlara həm də peşəkar inkişaf etmək imkanı verilir. Onlara proqramın konsultant müəllimləri tərəfindən metodik kurs keçirilir. Eləcə də yerli müəllimlər üçün təşkil olunan təlimlərə də qoşulurlar. Onlarına arasından fasilitatorlar da seçilir və dil maneəsi olan zaman trenerə yardım göstərirlər. Həm özləri peşəkarcasına inkişaf edirlər, həm də digərlərinə köməklik göstərirlər. Həmçinin, əlavə gəlir imkanıdır”

Biz Marneuli Munisipolitetinin Qasımlı ictimai məktəbinin köməkçi müəlliməsi Tamuna Sxuluxia ilə söhbət etdik. O, öz dostunun məsləhətinə əsasən proqramda iştirak etməyə qərar verib. Yekun nəticədə isə keçdiyi bir ili müsbət qiymətləndirir.

İlk başlanğıcda qeyri-gürcü dilli məktəbdə çalışmaq bir çox faktorlara görə çox maraqlı idi. Uşaqlarla münasibət, ətraf mühit maraqlıdır. Çətinliklər var idi. Əsasən də dil maneəsi olduğuna görə bir-birimizi başa düşmək çətin idi. Ümumilikdə bu layihəni müsbət dəyərləndirə bilərəm. Bu uşaqlar və icma üçün yaxşıdır ki, ana dili gürcü dili olan insanla ünsiyyətdə olurlar”. 

Tədris proqramında iştirak edən müsabiqəçilər iki il ərzində qeyri-gürcü dilli məktəblərdə köməkçi müəllim olaraq çalışacaqlar. Onlara maaş təyin olunacaq və magistratura kursu maliyyələşdiriləcək.

 

Radio Marneuli

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register