İcra Hakimiyyətinin əməkdaşlarına proqramlı büdcənin inkişafını öyərdirlər
10 iyul tarixində Marneuli Munisipolitetinin Özünüidarəetməsində müxtəlif xidmət əməkdaşları üçün təlim keçirildi. Təlimin məqsədi proqram büdcəsinin inkişafı idi. Təlimin əhəmiyyəti haqqında Gürcüstanın Özünüidarə Vahidinin Maliyyə Assosiasiyasının sədri Davit Xosruaşvili danışdı.
“Düşünürəm ki, təlim olduqca vacibdir. Çünki təlim proqramlı büdcənin inkişafına aiddir. Bu inkişaf nədir – odur ki, xərclər effektli şəkildə sərf olunsun, büdcə keyfiyyətli olaraq seçilsin. əsasə odur ki, bütün proqramların həyata keçirilməsi nəticə əldə etməyə istiqamətlənsin”.
Bizimlə təlim iştirakçılarından biri Vüqar Məmmədov da söhbət etdi. O, qeyd etdi ki, oxşar təlimlərdə iştirak etmək munisipolitetlər üçün həqiqətən də vacibdir.
“Munisipolitetlər, xüsusən də maliyyə-büdcə xidmətləri üçün belə təlimlərdə iştirak etmək olduqca vacibdir. 2 günlük təlimin məqsədi gələn ilin büdcəsinin tərtib olunmasında və prioritet sənədlərin hazırlanmasında, qanuna daxil edilmiş yeniliklərin məzmunu ilə tanışlıq, eləcə də maliyyə nazirinin sərəncamlarına daxil olunmuş yeniliklərdir”.
Proqramlı büdcədən ibarət olan təlim, Marneuli munisipolitetinin özünüidarəetməsində iki gün davam edəcək. Təlimdə maliyyə-büdcə xidmətinin nümayəndələri, infrastruktur və eləcə də daxili auditin əməkdaşları iştirak edirlər.
Amil Məmmədov2286 Posts
0 Comments