Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” yaxın günlərdə mətn formatı ilə bağlı yenilik edəcək. Yenilik mətnin forması ilə bağlı olacaq. Belə ki, artıq, hərfləri qalın ( bold ), əyri ( italic ) yazmaq üçün menyuda xüsusi bölmə açılacaq. Qeyd edək ki, hazırda “WhatsApp”da hərfləri qalın yazmaq üçün * ya da _ işarələrindən istifadə etmək lazımdır.

1

Amerika alimləri dünyada ilk dəfə batareyasız telefon icad ediblər. Vaşinqton universitetində ixtira olunan aparat xarici radiosiqnal və işığın təsiri ilə işləyir. Telefonu hələ ki, ratsiya kimi istifadə etmək olur. Ondan kütləvi şəkildə istifadə edilməsi üçün stansiyalara və simsiz ötürücülərə ehtiyac var. Aparatın hamı tərəfindən istifadə edilib, edilməyəcəyi barədə heç bir informasiya yoxdur.

ABŞ-dan olan mütəxəssislər tərəfindən yaradılmış mobil proqram insanda beyin silkələnməsini aşkar etməyə imkan verəcək. Proqnozlara görə, ən yeni diaqnostikanın dəqiqliyi 98% təşkil edə bilər. Beyin silkələnməsinin diaqnostikası üsullarından biri göz bəbəyinin işığa olan reaksiyasının ölçülməsidir. Bu prinsip əsasında istehsalçılar aparata xüsusi işıqlandırıcı qurublar. Birinci mərhələdə işıqlandırıcı beyni silkələnmiş şəxsin gözünə tutulur və kamera göz bəbəyinin genişlənməsini qeydə alır. İkinci mərhələ informasiyanın emalını əhatə edir və sonda mobil proqram yekun qərar verir. Bu üsul hər bir kəs üçün əlçatandır.

2

“Microsoft” şirkəti rəhbərliyə əməkdaşlar tərəfindən bu və ya digər məsələlərin icrasına sərf edilmiş vaxtı ölçməyə imkan verən korporativ alət təqdim edib. “Workplace Analytics” adlı yeni xidmət artıq “Office 365” ofis paketinin biznes abunəçilərinə əlçatandır. “Microsoft Office 365”-in direktoru Alim Rayani yeni proqramı məhsuldarlığın artırılması kimi təsvir edib. “Workplace Analytics” ofis işçilərinin məhsuldarlığını izləyir: elektron poçtda keçirilən vaxtı, müşavirələrə sərf olunan saatı qeydə alır. Meta məlumatlar “Office 365”-in başqa proqramlarından (“Outlook” və ya “Word” poçtu) daxil olur. “Workplace Analytics” korporativ aləti 2015-ci ildə “Microsoft” tərəfindən satın alınmış “VoloMetrix” startapının işləmələrindən istifadə edəcək. Bu şirkət nəhəng korporasiyalara əməkdaşların effektivliyini qiymətləndirməyə kömək edən texnologiyalar hazırlayıb.

3

Rusiyada iki əməliyyat sistemli smartfon təqdim olunub. İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, yeniliyi Açıq Mobil Platformanın (AMP) baş direktoru Pavel Eyqes təqdim edib. Onun sözlərinə görə, yeni smartfon “Sailfish” və “Android” əməliyyat sistemlərində çalışır. Telefonu yandırdıqda iki əməliyyat sistemindən birini seçmək lazım gələcək. “Sailfish” korporativ müştərilər üçün, “Android” isə şəxsi ehtiyaclar üçün sərfəlidir. AMP təxminən 500 min ədəd bu cür smartfon buraxmağı planlaşdırır. Korporativ müştəri tabeçiliyində olanların qurğularına nəzarət edə biləcək, o cümlədən kameranı qoşmağa və geolokasiyanı açmağa imkan verməyəcək.

4

Cənubi Koreya istehsalçısı LG şirkəti 2020-ci ildə OLED texnologiyalı əyilən displeylərin istehsalına başlayacaq. Şirkət nümayəndələri etiraf ediblər ki, hazırda 55 və 75 düym həcm diaqonallı belə ekranların tərtibat işləri gedir. İnnovativ ekranların yaradılması üçün orqanik texnologiyalı yarımkeçirici cihazlardan istifadə olunacaq. Əyilən OLED displeyləri hamar olmayan səthdə asanlıqla yerləşdirmək və hətta boru şəklində qatlamaq imkanı olacaq. LG şirkətinin nümayəndələri əmindirlər ki, bu ekranlar istismarda olduqca rahat və praktik olacaqlar.

5

Şayiə yayılıb ki, yeni “Apple iPhone” 4 maraqlı rəngdə istehsal ediləcək. Bu variantlardan biri güzgülü variantdır ki, o da hazırda tərtibat mərhələsindədir. Bundan pncə “Apple” korporasiyası öz telefonlarını 6 rəngdə istehsal edəcəyinə söz vermişdi. Onların arasında qırmızı, qızılı və boz rənglər də olacaq. Bundan başqa, smartfonun displeyi şəbəkəsiz olacaq. Kamera vertikal və iki indikallı olacaq. İstisna edilmir ki, ekran əyri olacaq. Ancaq bu barədə heç rəsmi məlumat yayılmayıb.

6

Bu ilin ikinci rübündə “Xiaomi” şirkəti 23,16 milyon ədəd smartfonun satışını həyata keçirə bilib. Bu, daha əvvəlki rübün göstəricisindən 70 faiz çoxdur. Təəssüf ki, mənbə illik nisbətdə dəyişikliklər barədə heç bir məlumat vermir. Ancaq rüblük nisbətdə olsa da, nəhəng artım “Xiaomi” üçün olduqca vacibdir. Belə ki, şirkət ötən ildən başlayaraq bazarı itirməyə və satışları azaltmağa başlayıb. “Xiaomi”nin Hindistan bölməsinin gəlirləri isə bir il ərzində 328 faiz artıb. Şirkətin istehsal etdiyi “Redmi Note 4” modeli bu ölkədə ən çox satılan smartfon olub. Uğurlu rüblük nəticələri fonunda şirkətin icarçı direktoru Ley Tzyun (Lei Jun) “Xiaomi” qarşısında iki yeni hədəf qoyub: bu il 14,7 milyard dollar gəlir əldə etmək və gələn ilin nəticələrinə görə 100 milyon ədəd smartfon satışı nümayiş etdirmək.

7

Sentyabrda yeni “iPhone 8” flaqman smartfonunun təqdimatı baş tuta bilər. Bu arada tərtibatçılar “iPhone 9” haqqında şayiələri bölüşürlər. Mütəxəssislərin sözlərinə görə, yenilik “Apple”in əsas rəqibi olan “Samsung” şirkətinin istehsalı olan OLED displeyə malik olacaq. Qeyd edilir ki, “Apple” şirkəti OLED ekranların xeyrinə LCD ekranlar texnologiyasından tamamilə imtina etməyi planlaşdırır. Xatırladaq ki, şirkətin cari flaqmanları olan “Phone 7” və “Phone 7 Plus” smartfonları LCD displeyə malikdirlər. Mobil texnika saHəsindəki mütəxəssislərin sözlərinə görə, OLED ekran LCD ekranlara nisbətən ən yaxşı rəng ötürmə, parlaqlıq və kontrasta malikdir. Bundan başqa, belə displeylər daha nazik və plastikdir.

8

“Lenovo” şirkəti sentyabrın 1-6-da Berlində keçiriləcək “IFA 2017” sərgisinin açılışı ərəfəsində baş tutacaq tədbirin tarixini rəsmən açıqlayıb. Yeni qurğuların avqustun 31-də nümayişi planlaşdırılır. Sərgidə hansı “Lenovo” məhsullarının nümayiş olunacağı barədə məlumat verilmir. Buna baxmayaraq, “Yoga” seriyalı yeni noutbukların, smartfonların, eləcə də “Moto Z” smartfonları üçün “Moto Mod” funksional panelinin təqdim ediləcəyi ehtimal edilir.

9

“Sberbank” pilot layihə çərçivəsində Moskvada insan üzünü müəyyən edən ilk bankomat quraşdırıb. Bankdan pul çıxarmaq kartdan istifadə etmədən mümkün olacaq. Bankın mətbuat xidmətinin məlumatına görə, üztanıma sistemi üçün alqoritmin hazırlanması ilə Yaponiyanın “Toshiba” şirkəti məşğul olub. Qeyd edək ki, pilot layihə çərçivəsində bu cür bankomatların quraşdırılması ilin sonunadək davam edəcək.

10

Çində uzaq məsafələrə qət edən sürət qatarı istismara buraxılıb. Pekin–Şanxay marşrutu ilə hərəkət edən qatar iki meqapolis arasındakı məsafəni (1318 kilometr) 12 saata gedir. Onun qabarit ölçüləri adi sərnişin qatarları ilə müqayisədə bəzi dəyişikliklərə məruz qalıb. Belə ki, vaqonların hündürlüyü bir qədər qaldırılıb və sərnişinlər üçün daha komfortlu şərait yaradılıb. Bundan başqa, 880 yerlik qatarın həcmi də 37 faiz artırılıb. Onun səs-küyü isə trasda hərəkət edən avtomobilin səsindən heç də çox deyil.

11

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register