“Milli azlıqların təhsil aldıqları məktəblərdə təhsil səviyyəsi ciddi şəkildə aşağıdır”-Cecelava

cecelava

11 iyul tarixində ikidilli köməkçi müəllimlər üçün seçim müsabiqəsinin təqdimatı baş tutdu. Tədbirdə Elm və Təhsil Naziir Aleksandre Cecelava və Barış və vətəndaşlıq məsələləri üzrə dövlət aparatı naziri Ketevan Tsixelaşvili iştirak və çıxış etdirlər. Elm və təhsil naziri Cecelava çıxışında gürcü dilli məktəblərin təhsil keyfiyyəti ilə müqayisədə etnik azlıqların təhsil aldıqları məktəblərdə təhsil keyfiyyətinin aşağı olduğunu bildirdi.

Salamlayıram sizi, mən burada sizinlə olduğum  üçün çox sevinirəm. Çıxışıma isə xoşa gəlməz yeniliklərlər başlayacam. Yeni məlumatlarımız təhsil keyfiyyəti sahəsində aparılan  beynəlxalq araşdırmanın nəticələri haqqındadır. Beləliklə araşdırmada etnik azlıqların təhsil aldığı məktəblərdə təbii elmlər fənlərində, oxunanın dərk edilməsi və s. kimi mövzularda təhsil keyfiyyəti səviyyəsi gürcü dilli məktəblərin nəticələri ilə müqayisədə orta səviyyədə deyildə önəmli şəkildə qeridə qaldığı deyilir. Bu tamamilə qebul edilən deyil. Biz gürcü dilli məktəblərinin təkminləşdirmə işləridə görürük bu bir başqa məsələdir, ancaq bu sahədə irəlləyişdə artıq mövcududur, irrələyiş əslində etnik azlıqların təhsil aldığı məktəblərdədə var, ancaq gürcü dilli məktəblərlə müqayisədə qeridə qalır və bizim üçün bu ciddi bir problemdir”.

Aleksandre Cecelava qeyd edilən problemin səbəbi nədir sualınada araşdırmadan cavab aldıqlarını və əsas problemin  pedaqoqlarda cəmləndiyini söyləyir.

Bu sahədə ssas problem  ilk növbədə odur ki, etnik azlıqların məktəblərində təhsil səviyyəsi aşağıdır ikincisi isə bünün səbəbi nədir. Və əlbətdəki araşdırma bu sualıda cavablayır və əsas problem olaraq bizə pedaqoqları göstərir. Yaş statistikasına baxsanız, siz bir çoxunuz təəcüblənməyəcəksiniz çünki sizin regionunuzda və icmanızda bu mütləq baş verir. Hər il pedaqoqların orta yaşı bir il artır. Bu onu göstərir ki, dəyişmə heç baş vermir. Çünki desək ki, bizim sevimli Nina müəlliməmiz artıq qocaqlıb və onu işdən azad edək bu mədəni olaraq və insani cəhətdən qəbul edilən olmayacaq. Və yəgin ki, kəndin yarısına Nina müəllim təhsil verib. Ancaq hansısa məktəbdən 50 nəfər yaşlı müəllim olsa belə oraya 1 nəfər aktiv gənc getsə onlarda hərəkət keçirlər. Mən düşünürəm ki, bu proqramda bizi düzgün yola aparır bizim məhs bu siyasətimiz çox yüksək səviyyədə olduğunu göstərir”.

Xatırladaq ki, müsabiqə gürcü dilinin “1+4” hazırlıq tədris proqramını keçmiş , etnik azlıq nümayəndələrinin gəncləri üçün nəzərdə tutulub. Layihə Gürcüstanda artıq 3 ildir həyata keçirilir.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register