Kobaxidze: “Vətənpərvərlərin” Moskvaya səfəri partiyadandır və Parlamentlə əlaqəsi yoxdur

Gürcüstan Parlementinin rəhbəri İrakli Kobaxidze bildirir ki, idarəçi komanda və Parlament çoxluğu başdan ayağa “Vətənpərvərlər Alyansı”nın deputatlarının Moskvaya səfəri dəstəkləmir. Onun sözlərinə görə, bu partiya səfəridir ki, Parlamentlə heç bir əlaqəsi ola bilməz.

“Bu partiya səfəridir. Təbiidir ki, bu səfərin Parlamentlə heç bir əlaqəsi olmayacaq və bu səfər idarəçi komanda ilə ziddiyyətdədir. Bundan dolayı əlbəttə ki, biz bu səfəri dəstəkləmirik. Bu partiya səfəridir. Hər hansı partiya öz səfərlərini planlaşdıra bilər. Bunun Parlamentlə heç bir əlaqəsi ola bilməz”, – deyə İrakli Kobaxidze bildirib.

“Gürcüstan Vətənpərvərləri Alyansının” deputatları Moskvada Dumun deputatları ilə görüş keçirəcəkdilər. Partiyanın siyasi katibi Qoça Tevdoradze deyir ki, söhbətin mövzusu Gürcüstanın ərazi bütövlüyü məsələsi olacaq.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register