Marneulidə Media Mərkəz açıldı

news

11 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində 2017-ci il yerli özünüidarəetmə seçkiləri ilə əlaqədar “Media Mərkəzin” açılışının təqdimatı keçirildi. Media Mərkəz vətəndaşlara, siyasi partiyalara, jurnalistlərə və QHT nümayəndələrinə müzakirələr və görüşlər keçirmək üçün sərbəst məkan təklif edir. Media Mərkəzin məqsədləri haqqında Mülki Məşğulluq Mərkəzinin koordinatoru Mariam Samxaradze danışdı.

“Bu Media Mərkəzin məqsədi odur ki, vətəndaşlar partiyaların işgüzarlığı haqqında daha çox məlumat alsınlar. Bugün eləcə də siyasi partiyaların işləməli olduğu aktual mövzular və problemlər haqqında da müzakirə baş tutacaq. Biz müxtəlif mövzularda görüşlər keçirməliyik”.

Görüşdə mülki sektorun, siyasi partiya və QHT nümayəndələri  iştirak edirdilər. Onlar Media Mərkəzin gələcək fəaliyyəti haqqında öz təcrübələrini bölüşdülər. Görüşün moderatoru, Mülki İnteqrasiya Fondunun icraçı direktoru Zaur Xəilov qeyd edir ki, görüş iki istiqamətdə davam edirdi.

“Görüş iki istiqamətdə getdi – birinci o idi ki, siyasi partiyaların, mülki sektor və medi nümayəndələrinin hansı rekomendasiyaları var. İkinci odur ki, formatdan dolayı hansı prioritet problemlərin həlli mümkündür”.

Görüşün iştirakçısı Maka Menteşaşvilinin sözlərinə görə Media Mərkəzin Marneulidə açılışı vacibdir.

“Mülki Məşğulluq Mərkəzi siyasi adamlar üçün neytral sahədir. Belə yerdə vətəndaşlarla siyasi partiyaların görüşünün olması yaxşıdır. Bizim üçün də yaxşıdır ki, bilək partiyalar nə planlaşdırır və biz niyə onlara sə verməliyik”.

Görüşün moderatoru Zaur Xəlilov siyasi partiyalara rekomendasiya olaraq təklif etdi ki, seçicilərlə görüşlər üçün Media Mərkəzdən istifadə etsinlər.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register