Rüşvət qəbul etdiyinə görə Tbilisi meriasının əməkdaşı, Otar Abesadzeni saxlayıblar
Gürcüstan hökumətinin Təhlükəsizlik Xidmətinin məlumatına görə, rüşvət qəbul etdiyinə görə Tbilisi Munisipolitetinin meria əməkdaşı – Otar Abasadzeni 11 iyul tarixində saxlayıblar.
Gürcüstan Təhlükəsizlik Xidmətinin məlumatına görə, istintaq müəyyən edib ki, 2017-ci ilin may ayında Abasadze Gürcüstan vətəndaşlarına Tbilisidə, Kür çayında, bərədə olan kafe və müvafiq infrastrukturun qurulması üçün lazımi icazələrin, Tbilisi meriasının müxtəlif xidmətlərdən tələsdirilmiş qaydada alınmasında kömək edəcəyi vədini verib. Bunun əvəzində isə rüşvət şəklində, 3 min ABŞ dollarının ödənməsini tələb edib. Bundan əlavə, o, xatırlanan vətəndaşlara izah edib ki, Tbilisi meriasının arxitektura, əmlak və nəzarət xidmətlərində onun tərəfindən artıq hər şey razılaşdırılıb və bərənin qurulması üçün lazımi işlərə problemsiz başlaya bilərlər. Bununla, o, təmir işlərinin istehsalı zamanı Tbilisi meriasının nəzarət xidməti tərəfindən onların cərimələnməməsini təmin edəcəkdi.
Gürcüstan Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, cari ilin, 1 iyulunda Otar Abasadze yuxarıda qeyd olunan vətəndaşların birindən, tələb etdiyi 3 min ABŞ dollar dəyərində məbləği rüşvət şəklində alıb və bundan sonra o, Dövlət Təhlükəsizlik Xidmətinin Anti-korrupsiya Agnetliyi tərəfindən günahlandırılan şəxs qismində saxlanılıb.
İstintaq rüşvət qəbul etmə faktı üzrə, Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə nəzərəd tutulmuş cəzanın əlamətləri ilə gedir ki, bu da cəza şəklində altı ildən doqquz ilə qədə azadlıqdan məhrum edilməni nəzərdə tutur.
Mənbə: on.ge
0 Comments