General – “Balamı prezidentin ayağının altında qurban kəsərəm”

BeFunky_Collage

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini general Novruzəli Orucov ötən gün vəzifəsindən azad edib.

Azərbaycan mediyasının yaydığı məlumata görə, generalın işdən azad olunmasına səbəb oğlu Rüstəm Orucov 2017-ci il iyulun 3-də Bakı şəhərində sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olmuş, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Onu da elavə edəki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

General isə mediyaya açıqlamasında bildirib ki, İlham Əliyevin onun üzərində zəhmətləri çoxdur: “Siz bilirsiniz ki, mən nəyə görə işdən azad edilmişəm. 3 övladım var. Hər üçünün canı cənab prezidentin ayağının altında qurban etməyə hazıram. Çünki dövlət başçımız mənə yüksək vəzifə və rütbə verdi. Mənim Ali Hərbi Məktəbdə təhsil almağım üçün göstərişi onun atası, Ulu öndərimiz Heydər Əliyev vermişdi. Ümumilli liderimizin və prezident İlham Əliyevin mənim üzərimdə zəhməti çoxdur. İşdən azad olunmağıma gəlincə, cənab prezidentə heç bir iradım yoxdur. Vəzifəni verən də, vəzifədən çıxaran da o kişidir. Allah canın sağ eləsin cənab prezidentin. Bir daha qeyd edirəm ki, mənim canım da, həyatım da, balalarımda cənab prezidentə qurbandır”.

General övladının həbs xəbərindən də danışıb: “Hələlik istintaq gedir. İstintaqın sonunda hər şey bilinəcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register