Tarixdə bu gün

Tarixdə bu gün 13.7.2017-cı il.
1789-ci ilin 13 iyulunda “Peterburqdan Moskvaya səyahət” kitabının müəllifi Aleksandr Radişev həbs edilib.
13 iyul 1841-ci ildə Rusiya, İngiltərə, Fransa, Prussiya və Türkiyə arasında Bosfor və Dardanel boğazından xarici hərbi gəmilərin keçməsini qadağan edən saziş imzalanıb.
1908-ci ilin bu günü qadınlar ilk dəfə müasir olimpiya oyunlarında (Londonda) iştirak edib.
13 iyul 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında səyyar hərbi xəstəxanaların yaradılmasına başlanıb.
Azərbaycan SSR Xalq Rəssamı Vidadi Yaqub-Fərman oğlu 13 iyul 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı.
1930-cu ilin 13 iyulunda Uruqvayda futbol üzrə ilk dünya çempionatı keçirilmişdir.
13 iyul 1947-ci ildə Avropanın xarici işlər nazirləri “Avropanın bərpası planı”nı təsdiq ediblər
1977-ci ilin bu günü Nyu-York tarixində ilk dəfə 25 saat ərzində elektrik kəsilməsi ictimai asayişin pozulmasına səbəb olub.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments