Dünya şöhrətli “Natiq Ritm Qrupu” “One Caucasus Festival 2017”-də çıxış edəcək

NatigRhythmGroup 1

Dünya şöhrətli “Natiq Ritm Qrupu” “One Caucasus Festival 2017”-də çıxış edəcək. Bu haqda festivalin resmi veb sehvesindən məlum oldu.

One Caucasus 2017 müddətində Natiq Ritm Qrupu (10 nəfərlik dəstə) digər ölkələrdən olan musiqiçilərlə və başqa janrlar üzərində işləyəcək. Beləliklə, Qafqazın ən böyük canlı musiqi şousundan əlavə biz yeni beynəlxalq musiqi layihəsinin də şahidi olacağıq

Qafqazdan çıxmış ən böyük nağara ifaçısı, nağara zərb texnikalarına yenilik gətirən Azərbaycanın ilk ritm bəstəkarı Natiq Şirinov 1999-cu ildən 2007-ci ilədək Alim Qasımovun ansamblının tərkibində, indi isə Natiq Ritm Qrupu ilə birlikdə öz yaradıcı enerjisini gətirərək mükafat qazanan çıxışları və yenilikçi bəstələri ilə dünyanı dolaşır.

Natiq 2011-ci ildə “Natiq Ritm Qrupu” ilə birlikdə Geusman Dünya Zərb İfası İncəsənət Festivalının Qran-Pri mükafatını qazanmışdır. 2012 və 2014-cü illərdə Natiq İsveçrədə Montreux Caz Festivalında çıxış etmiş və master-klas keçmişdir.

One Caucasus 2014-cü ildən bəri Gürcüstanda təşkil olunan müxtəlif motivli və sərhədyanı uzun müddətli festivaldır. Festival Ermənistan və Azərbaycan ilə sərhəddəki Marneuli rayonunun Tserakvi kəndində keçirilir.

One Caucasus 2017 – 24-27 avqust tarixlərində Tserakvi kəndində (Marneuli rayonu, Gürcüstan) keçiriləcək. Bu il festival 15-dən çox ölkədən (Həmçinin, Ermənistan, Azərbaycan, Gürcüstan, Almaniya, Hindistan,Keniya, Fransa (Martiniki), Nepal, Polşa, Rusiya, Seneqal, Tibet, Tunis, Ukrayna, ABŞ) gələn iştirakçılara ev sahibliyi edəcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register