Ədviyyatlarda zərərli maddə aşkarlanıb

1

Milli Ərzaq Agentliyinin məlumatına görə, Gürcüstan miqyasında realizə obyektlərindən müxtəlif növ ədviyyatların 75 nümunəsini götürüblər. Onların bildirdiyinə görə, indiki vəziyyətdə, artıq 75 nümunədən 4-də pozuntu aşkarlanıb.

“Qüvvədə olan qanunvericiliyə əsasən, qurğuşun tərkibi ədviyyatlarda kiloqramda 5 milliqramdan artıq olmamalıdır. Yüksək qurğuşun tərkibi sonrakı ədviyyatlarda qeydə alınıb: qırmızı bibər – 7,06 mq/kq; Quru acika – 6,38 mq/kq; Quru acika 5,96 mq/kq; Sunel – 5,60 mq/kq.

Məhsul bazardan çıxarılıb. O bütün lazımi prosedurlardan sonra məhv olunacaq və aşkarlanan pozuntu haqqında cəmiyyətə ətraflı məlumat veriləcək.

Biz də Marneuli mərkəzi bazarında satıcılar arasında sorğu apardıq ki, onlar  həmin məhsulu hardan alırlar və tərkibində aşkar olunan zərərli madələr haqqında məlumatı varmı.

Milli Ərzaq Agentliyinin tədbirləri və laboratoloji tədqiqatlarının nəticəsi haqqında Səhiyyə, Ətraf Mühitin Mühafizəsi və Maliyyə Nazirliklərinə məlumat veriləcək.

Eləcə də, Gürcüstanın ABŞ konsulluğuna məlumat veriləcək. Milli Ərzaq Agentliyi Nyu-Yorkun Səhiyyə Departamenti ilə tədqiqatların nəticələrinin mübadiləsi məqsədilə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.

Marneuli sakinləri arasında da sorğu aprdıq ki bu haqda məlumatları varmı.

Milli Ərzaq Agentliyi heyvan və qeyri-heyvan mənşəli ərzaqların və içməli suda toksiki elementlərin – “ağır metalların, eləcə də, qurğuşun tərkibinin tədqiqatını 2010-cu ildən aparır. 2012-ci ildən bu günə qədər qurğuşun tərkibinə görə heyvan və qeyri-heyvan mənşəli ərzaqların, və içməli su və içkilərin 2687 nümunəsi tədqiq olunub. Onlardan normaya uyğun gəlməyən 64 nümunə aşkarlanıb. Pozuntularla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər aparıldı – ərzaq şəbəkəsindən çıxarılmalı və məhv edilməlidir”, – deyə bəyənatda bildirilir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register