Təzəkənd – deputatla görüş yoxsa etiraz aksiyası

xalq-ne-dusunur

Marneuli televiziyasının jurnalistinin Facebook səhifəsində yayımladığı canlı yayımdan aldığımız məlumata görə, Təzəkənd ictimai məktəbinin ərazisinə bu gün əhali toplaşıb. Bir neçə saniyəlik videoda kənd əhalisi görünürdü, onların səs-küyülü söhbəti eşidilirdi və bunların fonunda “Gürcü Arzusu”nun deputatı Ruslan Hacıyev və “Avropalı Gürcüstan” partiyasının üzvü Əhməd İmamquliyev görünürdü. “Marneuli” radiosu ilə söhbətində Ruslan Hacıyev bildirdi ki, Təzəkənddə heç bir aksiya yox idi və o, sadəcə kənd əhalisi ilə görüşə getmişdi.

Əhməd İmamquliyevin dediyinə görə isə əhali içməli suyun olmamasına etiraz edirdi.

İcra başçısının müavini Temur Beridzenin dediyinə görə, Təzəkəndin su problemi kəndin yığılıb qalmış 100 000 lari həcmində borcu ilə bağlıdır.

İcra başçısının müavini onu da bildirdi ki, bu məsələ ilə quberniya da maraqlanıb və kəndə yaxın günlərdə içməli su veriləcək.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register