Sabah Gürcüstan və Azərbaycan prezidentlərinin Marneuliyə səfəri gözlənilir

ilham marqvelashvili

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda rəsmi səfərdədir.
Tbilisidəki Şota Rustaveli adına Aeroportda Azərbaycan prezidentini Gürcüstan baş nazirinin müavini Kaxa Kaladze və Prezident Aparatının nümayəndələri qarşılayıblar.
Sonra prezident Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyub. Bunun ardınca isə dövlət başçısı Tbilisinin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Qeyd edək ki, gün ərzində səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri keçirilib. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə də imzalanıb.
Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri və Gürcüstan parlamentinin sədri ilə görüşləri nəzərdə tutulub.
Sabah noyabrın 6-da Gürcüstan və azərbaycan prezidentlərinin Marneuliyə səfəri nəzərdə tutulur. Prezident Marneulili soydaşlarla görüşəcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register