Tarixdə bu gün

Tarixdə bu gün 14.7.2017-cı il.
1683-cü ilin 14 iyulunda Osmanlı qoşunu Vyananı ikinci dəfə mühasirəyə alıb.
14 iyul 1789-ci ildə xalq kütlələri Parisin mərkəzindəki mütləqiyyət simvolu olan Bastilya qalasını ələ keçirib. Bu hadisə Böyük Fransa İnqilabının başlanğıcı hesab edilir və hər il bayram kimi qeyd edilir.
1896-ci ilin bu günü Nijni Novqorodda ilk rus avtomobili təqdim edilib.
14 iyul 1918-ci ildə Azərbaycan ordusu Karrar stansiyasını (Kürdəmir) bolşevik daşnak qoşunundan azad edib.
1920-ci ilin bu günü Azərbaycan SSR İnqilab Komitəsi Bakı Universitetinin müəllim və professor heyətini hərbi səfərbərlikdən azad edib.
1933-cü ilin 14 iyulunda Sovet ekspedisiyası “Çelyuskin” gəmisi ilə Arktikaya yola düşüb.
14 iyun 1952-ci ildə “General Motors” kütləvi istehsal olunan avtomobillərdə kondisioner quraşdırmağa rəsmən start verib.
1958-ci ilin bu günü İraqda dövlət çevrilişi baş verib, kral II Faysal və baş nazir Nuri Səid paşa öldürülüb.
1990-cu ilin 14 iyulunda Mixail Qorbaçov “Sovet televiziyalarının demokratikləşdirilməsi haqqında” fərman verib.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments