Homoseksualların qan donorluğunun qadağan olunmasınl qeyri-konstitusional hesab ediblər
2017-ci ilin 12 iyul tarixində Gürcüstanın Konstitusional Məhkəməsi Səhiyyə Nazirinin sərəncamını qeyri-qanuni hesab edib. Sərəncama əsasən kişilərlə cinsi əlaqədə olan şəxslərə qan donorluğu qadağan olunacaqdı.
Konstitusional Məhkəmə homoseksuallar üçün qan donorluğu hüququnun müəyyən müddətdə qadağan olunmasını qeyri-konstitusional hesab edib. Qərarda məhkəmə müəyyən edib ki, bu növ qruplar üçün təyin edilmiş qadağa mütləqdir və qeyd olunan hərəkətin donorluq prosesinin təhlükəsizliyi üçün risk yaradan konkret dövrü müəyyən etmirdi.
Məhkəmənin izahatına görə, mövcud olan texnologiyalara Hiv-virusunun aşkarlanması tam mümkündür.
Konstitusional Məhkəmə qeyd edib ki, mübahisə normasının dərhal ləğv olunmasını, ola bilsin, qan və onun komponentlərinin bağışlanmasının təhlükəsizliyi və alıcının yaşam və sağlamlığının mühafizəsi məqsədlərindən dolayı etibarsız hesab etmək müddəti 2017-ci ilin 1 noyabr tarixinə qədər uzadılıb.
Qərarı Gürcüstan Konstitusional Məhkəməsinin birinci kollgiyası qəbul edib. İş “Qan və onun komponentlərinin donorluğuna qarşı göstərişlərin müəyyən edilməsi haqqında” Gürcüstan Əmək, Sağlamlıq və Sosial mühafizə Nazirinin 2000-ci ilin 5 dekabr N-241/n sərəncamının N-1 əlavəsinin 24-cü bəndinin “a” aşağıbəndinə aiddir.
Konstitusional şikayətin müəllifləri qeyd edirlər ki, mübahisəli normanın, Gürcüstan Konstitusiya Məhkəməsinin 2014-cü il 4 fevral qərarı ilə qeyri-konstitiusional olaraq tanınan normaya oxşar məzmunu var imiş və işin mövcud müzakirəsindən kənar onun asanlaşdırılmış forma ilə etibarsız sayılmasını tələb edirdilər.
Oxşar məzmunlu sərəncamı aktivistlər 2014-cü ildə də şikayət etdilər, onda da Konstitusional Məhkəmə bu növ məhdudiyyətin təyin olunmasını qeyri-konstitusional hesab etdi. Ancaq onda nazir Davit Sergeenko şikayət edilmiş normaarı yeni sərəncamla dəyişmişdi, amma aktivistlər deyirdilər ki, yeni sərəncam da diskriminasiya daşıyır.
Mənbə:netgazeti.ge
marneulifm1106 Posts
0 Comments