2018-ci ildə Gürcüstan miqyasında qurğuşun tərkibi ilə bağlı araşdırmanın aparılması planlaşdırılır

news4

Xəstəliklərin Kontrolu və Milli İctimai Səhiyyə Mərkəzinin (NCDC) baş direktoru, Amiran Qamğrelidze Netgazetiyə bildirib ki, 2018-ci ildə Gürcüstan miqyasında insan orqanizmində qurğuşun tərkibi ilə bağlı tədqiqat aparılması planlaşdırılır. Bunun ifadəli nəticəsi olacaq:

“İki il bundan əvvəl kiçik tədqiqat və 2018-ci il üçün hazırlaşırdıq. İstəyirdik randomizəli araşdırma aparılsın ki, məlumat götürəkç insan orqanizmində necədir, ölkədə, xüsusən də uşaqlarda qurğuşun qatqısı artıbmı. O, zaman artıq dəqiq məlumatımız olacaq ki, Gürcüstanda ajiotaj yaradan vəziyyət var”, – deyə Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə araşdırma ABŞ-ın Xəstəliklərin Kontrolu Mərkəzi ilə əməkdaşlıqla aparılacaq:

“Biz çox istiqamətlərdə ABŞ-ın Xəstəliklərin Kontrolu Mərkəzi ilə əməkdaşlıq edirik. Onlarla sıx əməkdaşlığımız var. Birgə böyük araşdırma düşünürük və planlaşdırırıq. Bunun üçün ciddi maliyyə və insan resursunun mobilləşdirilməsi lazımdır.

Gürcüstan miqyasında təqribən neçə nəfər müayinədən keçəcək sualına, Qamğrelidze minim 3 000 deyə cavab verir:

“2015-ci ildə hepatitlə bağlı araşdırmada ölkədə C hepatitin yayılması ilə bağlı məlumat almaq üçün təqribən 6300 nəfərin müayinəsi lazım oldu. Araşdırmanın dizaynı bitəndə, araşdırma metodologiyası işləniləcək, bu isə demək olar ki, 3000-dən artıq olacaq”, – deyə o, bildirib.

Qamğrelidze bildirir ki, qeyd olunan analizlər Gürcüstanda akreditə olunmuş laboratoriyada keçiriləcək.

Tədqiqatın 2018-ci ildə konkret nə zaman keçirilməsinə gəldikdə isə Qamğrelidze bildirib ki, bu çox şeydən asılıdı, əsasən isə – maddi resurslardan.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register