“İşğala yox” – Berşuetidə etiraz aksiyası keçirilib

okupasiya

Bu gün, 14 iyul tarixində Tbilisidən və Gürcüstanın müxtəlif şəhərlərindən Qori istiqamətinə vətəndaşlar qrupu yola düşüblər. Onlar Rusiya tərəfindən Gürcüstan ərazisinin işğal edilməsinə etiraz ediblər.

Aksiyanı bir neçə həftə əvvəl jurnalistlər qrupu planlaşdırıb, ancaq bu gün onlara müxalifət nümayəndələri və vətəndaşlar qrupu da qoşulub.

“Bu “işğala yox” aksiyasıdır” ki, jurnalistlər tərəfindən təşkil olunub. Sevinirəm ki, müxtəlif siyasi baxışları və ya inancları olan insanlar da bizə qoşulurlar. Bu gün hamımız bərabər dururuq. Mən övladımla bərabər gəlmişəm, zəncirdə duracağıq və dünyanın eşidəcəyi qədər deyəcəyik ki, Rusiya işğalçıdır”, – deyə Netgazetiyə təşkilatçılardan biri, “Xronika Plus”un redaktoru Eliso Kiladze deyib.

Aksiya iştirakçıları Berşueti kəndində, bir neçə həftə əvvəl sərhəddi göstərən banerin yerləşdirildiyi yerə gediblər. Qeyd olunan yerdə aksiya iştirakçıları himn səsləndiriblər.

Mənbə: netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register