Gürcüstanda ilk elektro avtobuslar Batumidə hərəkət edəcək

kumsisvili

Batuminin mülki nəqliyyat parkı 10 elektro və 20 dizellə çalışan avtobusla dolacaq. Bu haqda məlumatı Maliyyə naziri verib.

Müəssisənin bildirdiyinə görə, bu elektro avtobusların əldə olunması baxımından, Qafqazda ilk layihədir. Yeni avtobuslar aeroport-şəhər mərkəzi/dəmir yolu marşrutu ilə hərəkət edəcəklər.

13 iyul tarixində layihə ilə əlaqədar maliyyə naziri, Dimitri Kumsişvili və Avropa yenidənqurma və İnkişaf Bankından şərqi Avropa və Qafqaz idarəçiliyi direktoru, Fransis Malij kredit və qrant razılığını imzalayıblar.

Bundan əlavə, Batumi meriası və Avropa Yenidənqurma və İnkişaf Bankı arasından layihəyə dəstək müqaviləsi imzalanıb. Müqaviləyə Batumi Munisipolitetinin meri Qiorqi Ermakov imza atıb.

Kumsişvilinin bildirdiyinə görə, layihənin əhəmiyyətli ətraf mühitin mühafizəsi və sosial effekti olacaq və Batumidə şəhər nəqliyyatının mobilləşməsinin səviyyəsini yüksəldəcək.

Avrobankın Şərqi Avropa və Qafqaz İdarəçiliyi direktoru, Fransis Malijin sözlərinə görə, bu EBRD-ın ilk layihəsidir ki, elektro avtobusların gətirilməsini nəzərdə tutur.

Mənbə: On.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register