Kirovka kəndində 4 yaşlı uşaq kanala düşərək dünyasını dəyişib

14 iyun tarixində Marneuli bələdiyyəsinin Dəmyə Gorarxı ərazi vahidliyinə aid olan Kirovka kəndində 4 yaşlı uşaq su kanalına düşərək dünyasını dəyişib. Bu haqqda kənd icra nümayəndəsi Heydər Musayev radiomuza məlumat verdi. O, bildirdi ki, hadisə kənd ərazisindən keçən su kanalında baş verib.

Onun sözlərinə görə 4 yaşlı Kirovka  kənd sakini Onur Elnur oğlu Duşdurov atası ilə birlikdə kanal ərazisində avtomobil yuyarkən oğlunun yanında olmadığını görüb və axtarışa başlayıb. Təxminən 1 saatdan sora hadisə yerindən 50 metr aralıda uşağın cəsədinə rast gəlinib.

Təcili tibbi yardıma müraciət olunub. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları üşağın artıq dünyasını dəyişdiyini bildiriblər.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register