İmir kəndində içməli su anbarı yaradılır

Marneuli Bələdiyyəsinin İmir kəndində, içməli su anbarının qurulmasına həsr olunmuş miqyaslı layihə həyata keçirilir. Anbar İmir ərazi vahidliyinə daxil olan Şulaver, Axlo Mahmudlu, Yeni Kənd, Seyidi Qocalı, Yuxarı Saral, Aşağı Saral, Maret, Araflı və İmir kəndlərini su ilə təmin edəcək. Bununlada sadalanan kəndlərin uzun illər davam edən içməli su problemi həllini tapacaq.
Qeyd olunan miqyaslı layihə yerli büdcədən və bölgədə həyata keçiriləsi layihələr fondundan maliyyələşdirilir, onun müqavilə dəyəri 509 949 larini təşkil edir.
Amil Məmmədov2286 Posts
0 Comments