Gürcüstanda 18 iyula qədər temperaturun artması gözlənilir
Gürcüstanda 18 iyula qədər temperaturun artması gözlənilir. Milli Ətraf Mühit Agentliyinin “İnterpressnews”-a verdiyi məlumata əsasən Monitorqin və Proqnozlar Mərkəzinin qısamüddətli proqnızlar idarəsinin rəhbəri Dido Qvazava bildirib ki, temperatur 36-38 dərcəyə qədər qalxacaq.
Onun sözlərinə görə, Tbilisidə bu gün axşam qısamüddətli yağış yağa bilər, sabah havanın temperaturu 31-33 dərəcə olacaq. 17-18 iyulda isə tempraturun 35 dərəcəyə qalxması mümkündür.
18 iyul daxil olmaqla Qərbi Gürcüstanda temperatur 36 dərəcəyə qədər qalxacaq. Temperaturun Şərqi Gürcüstanda artması da gözlənilir”, – deyə Qvazava bildirib.
Mənbə: İnterpressnews.ge
0 Comments