Marneulidə “Məlumatlı qadın, güclü qadın deməkdir” layihəsinin yekun görüşü keçirildi

qadinlar

15 iyul tarixində Marneuli Mulki Məşğulluq Mərkəzində Göyərçin təşəbbüs qrupunun Qadın Fondu tərəfindən maliyə dəstəyi görən “Məlumatlı qadın, güclü qadın” layihəsinin hesabat tipli yekun görüşü baş tutdu. Layihənin əsas məqsədi qadınların hüququn qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır. Layihənin təşəbbüs qrupunun üzvü Səbinə Talıbova layihə haqqında radiomuza danışdı.

Məlumatlı qadın güclü qadın layihəsində müxtəlif kənd sakini qadınlarda iştirak edib. Səadət Əliyeva onlardan biridir və radiomuza Layihənin əhəmiyyətindən danışdı.

Layihənin təşəbbüskarlar qrupunun üzvü Səbinə Talıbova, Layihənin həyata keçirilməsində onlara dəstək olan Marneuli Munisipalitetinin icra başcısı Merab Topşişviliyə, Munisipalitetin “Qadınlar Otağının”üzvü Rima Otaraşviliyə və layihə üzvlərinə dərin təşəkkürünü bildidirir. Qeyd edək ki, layihə çərçivəsində treninglər Marneulidə, Marneulinin Ağməmmədli, Qaçağan, Qasımlı və Təkəli kəndlərində 2 ay ərzində həyata keçirildi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register