Potidə ticarət mərkəzində baş verən yanğın nəticəsində zərərçəkənlər və polis arasında qarşıdurma baş verib

Potidə ticarət mərkəzində baş verən yanğın nəticəsində zərərçəkənlər və polis arasında qarşıdurma baş verib. Zərərçəkənlər mərkəzi magistralı bağlayıblar. Hüquq mühafizəçiləri aksiya iştirakçılarını yolu açmağa çağırıb və bu qarşıdurmaya səbəb olub. Bir neçə nəfər zərərçəkmiş şəxsin halı pisləşib və təcili yardım briqadası çağırıblar.
Hüquq mühafizəçiləri indiki vaxt üçün artıq yolu açıblar. Zərərçəkənlər hakimiyyətdən və bazar administrasiyasından zərərin ödənməsini tələb edirlər. Tələbin qane edilməməsi halında isə, aksiyaların davam etdirilməsi ilə hədə-qorxu gəliblər.
Mənbə: interpressnews.ge
0 Comments