Muxtarlının ailəsinə zərərçəkmiş statusu verilməlidir – Avroparlamentar Rebeka Harms

Avroparlamentar Rebeka Harmsın bəyənatına görə, Tbilisidə yoxa çıxmış və Bakı həbsxanasında saxlanılmış Azərbaycanlı jurnalist Əfqan Muxtarlıya və onun həyat yoldaşına zərərçəkmiş statusu verilməlidir. Avroparlamentin dediyinə görə, Gürcüstan bu işlə bağlı müstəqil araşdırma aparmalıdır.
Tbilisiyə səfəri zamanı Rebeka Harms Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva, onun vəkili və dostları ilə görüşüb. Avroparlamentarinin bəyənatına görə, Azərbaycanlı jurnalistin işi ilə bağlı o, insan hüquqlarının müdafiəsi öhdəliyi olan hər kəsə reaksiya göstərəcək.
“Biz Avroparlamentdə bu məsələni müzakirə etdik. Mütləq insan hüquqlarının müdafiəsi öhdəliyi olan hər kəsə reaksiya göstərəcək. Düşünürəm ki, Əfqan Muxtarlıya və onun həyat yoldaşına mütləq zərərçəkmiş statusu verilməlidir. Biz Əfqan Muxtarlının azad olunması üçün mübarizə aparmalıyıq. Onun vəziyyəti Azərbaycan təcridxanasında olduqca çətindir, nəinki Mustafa Emre Çabukun – Gürcüstanda. Bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətinə də müraciət edirəm.”
Mənbə: Netgazeti.ge
0 Comments