2,5 kq qızılı sərhəddən qeyri-qanuni keçirdiyinə görə bir nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin istintaq Xidmətinin məlumatına görə, Qırmızı Körpüdə 148 000 lari dəyərində dəyərli əşyaları qayda pozuntusu ilə sərhəddən keçirən bir nəfər saxlanılıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxs öz maşını ilə gömrük – buraxılış məntəqəsi “Qırmızı Körpü”dən keçərək, gömrük kontrolundan gizlin, Gürcüstan ərazisindən gömrük qaydalarını pozaraq, böyük məbləğdə dəyərli litondan hazırlanmış bijüteriyaları keçirməyə cəhd göstərib.
İstintaqın məlumatına görə, avtomobildə qurulmuş gizlin yerlərdən, 2,5 kq qızıl əşyaları çıxarıblar ki, onun gömrük dəyəri 148 000 larini təşkil edir.
İşlə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsi ilə gedir. Maddə cəza şəklində 5 ildən 7 ilə qədər azadlıqdan məhrum olmanı nəzərdə tutur.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, 2017-ci ildə 13,5 kiloqram qızıl çıxarılıb ki, ümumi dəyəri 910 000 larini təşkil edir.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments