Bu gün Gürcüstana Ukrayna Prezidenti Petro Poroşenko gəlir

news

İnterpressnews.ge-nin məlimatına görə, Gürcüstan Prezidenti administrasiyasının mətbuat katibliyindən bildirirlər ki, Petro Poroşenko ailəsi və Ukraynanın dövlət heyəti üzvləri, dövlət müəssisəi nümayəndələri və ukraynalı biznesmenlərlə birgə Tbilisiyə qonaq gələcək.

18 iyul tarixində Gürcüstan Prezidenti iqamətgahında Ukraynanın Prezidentinin qarşılanması üçün rəsmi mərasim təşkil olunacaq. Mərasim nəticəsində Gürcüstan və Ukrayna Prezidentləri qarşı-qarşıya və geniş formatda görüşəcəklər, gürcü və xarici media nümayəndələri üçün bəyənat verəcəklər və onların suallarını cavablandıracaqlar. Mətbuat Konfransına qədər iqamətgahda sənəd imzalama mərasimi keçiriləcək.

Ukrayna Prezidenti Qəhrəmanlar Meydanını da ziyarət edəcək və eləcə də İşğal muzeyini nəzərdən keçirəcək. Petro Poroşenko Gürcüstan Prezidenti ilə birgə Xurvaleti kəndinə sərhədd xəttinə də gedəcək.

Prezident administrasiyasının mətbuat xidmətinin məlumatına görə, dövlət səfəri çərçivəsində, Petro Poroşenkonun baş-Nazir və Gürcüstan parlamentinin sədri ilə görüşü də planlaşdırılır.

Mənbə: İnterpressnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register