Zaza Paçulia şərəf ordeni ilə mükafatlandırılacaq

Tanınmış gürcü basketbolçusu və NBA-nın çempionu, Zaza Paçulia, şərəf ordeni ilə mükafatlandırılacaq. Bu haqda məlumatı Gürcüstan Prezidentinin, Qiorqi Marqvelaşvilinin rəsmi Facebook səhifəsi yayımlayır.

“Gürcüstan Prezidentinin qərarı ilə ölkənin adını beynəlxalq arenaya çıxardığına və Gürcüstanın populyarlaşdırılması üçün Zaza Paçulia şərəf ordeni ilə mükafatlandırılacaq”, – deyə bəyənatda oxuyuruq.

Həmin bəyənata əsasən, Qiorqi Marqvelaşvilinin qərarını Zaza Paçuliaya Prezident administrasiyasının rəhbəri Qiorqi Abaşişvili bildirib, NBA-nın çempionunu təbrik edib və Prezidentin adı ilə ona uğurlar arzulayıb.

Zaza Paçulia  Golden State Warriors-la birgə, 2016-2017-ci illərin mövsümündə NBA-nın çempionu olub. Zaza Paçulia ilk gürcü basketbolçudur ki, basketbol üzrə ən dəyərli titul qazanıb.

Mənbə: On.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register