“Fulbright” təhsil proqramını qazananlar arasında Gürcüstan azərbaycanlısı da var

Bu gün, 17 iyul tarixində ABŞ-ın Gürcüstanda ki, səfiri Yan Kelli, İnvestisiya qrupu “Bijeo”-nun baş direktoru İrakli Gilauri və Gürcüstan Bankının baş direktoru Kaxa Kiknavelidze Gürcüstan bankında baş tutan görüşdə “Fulbrayt” magistr proqramının qaliblərinin təbrik etdilər. Tələbələr aparıcı Amerika universitetlərinə təhsil almaq üçün sentyabrda yola düşəcəklər. Tədbirdə eləcədə Fulbrayt proqramının iştirakçıları yeni qaliblərlə öz təcrübələrini bölüşdülər.
Bu il Fulbrayt təhsil proqramını qazananlar arasında Gürcüstan azərbaycanlısı Kamran Məmmədov da yer alır. Kamran Mtsxeta şəhərində yaşayır və bu il proqrama seçilən yeganə Gürcüstan azərbaycanlısıdır.
Qeyd edək ki, Fulbraytın magistr proqramı Amerika dövlətinin dünyada olan ən prestijli proqramlarından biridir. 2014-cü ildən bu günə kimi 19 gürcü tələbə qeyd edilən proqram çərçivəsində Amerikada təhsil alıb. Fulbraytın maliyyə dəstəyi Amerika dövlətinin təhsil və mədəniyyət bürosu tərəfindəndir. Gürücstanda proqramın həmkarları İnvestisiya Qrupu “Bijeo” və Gürcüstan Bankıdır. Məhs bu kompaniyanın maliyyə dəstəyi ilə bu əlavə iki tələbənin Amerikada təhsil almaq şansı olacaq. Qeyd edilən proqramın əməkdaşlığı ilə 4 tələbə Amerikanın aparıcı universitetlərində biznes administrasiyası və informasiya texnalogiyaları sahəsində təhsil alıblar.
marneulifm1106 Posts
0 Comments