“Gürcü Marşı”nın üzvlərinə qarşı istintaq işinin başlanmasını tələb edirlər
Bu gün, 17 iyul tarixində, “Qadın Hərəkatı”, eləcə də “Avropalı Gürcüstan”ın merliyə namizədi, Elene Xoştaria dövlətdən “Gürcülərin Marşı”nın təşkilatçıları tərəfindən gənc qadının qrup şəklində zorlanacağı hədə-qorxusuna görə reaksiya göstərilməsini tələb ediblər.
Məsələ 16 iyul tarixində “Facebook”da bir qadına qarşı edilmiş bəyənata aiddir. Bəyənatda “Gürcü Marşı”nın bir neçə iştirakçısı qadını qrup şəklində zorlayacaqları ilə hədələyiblər.
“Aksiyanın təşkilatçıları, həmçinin – Konstantine Morqoşia, Qia Korkodaşvili, Beka Vardosanidze, Ramaz Qaqnidze, Qiorqi Oniani və Mixeil Amisulaşvili bir qadını məqsəd götürərək, onu təhqiredici sözlərlə və şərhlə atəşə tutublar və bu müzakirəni ona qarşı qrup şəklində zorakılıq hədə-qorxusu ilə tamamlayıblar.
Təəccüblü hesab olunur ki, hakimiyyət aksiyanın və onun təşkilatçılarının nifrət dolu təşviqatlarına qarşı susur. İctimai sahədə hökumət nümayəndələri tərəfindən bu prosesə qarşı heç bir bəyənat verilməyib. Hesab edirik ki, sükutla və hərəkətsizliklə dövlət onları nifrətə həvəsləndirir. Bu nifrət isə artıq çox adama – yalnız Gürcüstanda yaşayan xaricilərə deyil, həmçinin, marş təşkilatçılarının baxış və mövqeyini paylaşmayan hər kəsə təhlükə yaradır.
Vəziyyət artıq o dərəcədə əcaibləşib ki, qadının zorlanmasını açıq şəkildə arzulayan qrup, cəmiyyətin, gürcülərin, ənənələrin adından danışır. Oxşar fiqrular “gürcülüyü”, irqçilik, nifrət, zorakılıq, qadına qarşı zorakılıqla eyniləşdirirlər – buna bizim hər bir vicdanlı vətəndaşımız qarşı çıxmalıdır”, – deyə “Qadın Hərəkatı” bildirib.
Yayılan məlumata görə, “Qadın Hərəkatı” tələb edir:
- Media vasitələri “Gürcü marşı”nın təşkilatçılarını boykot etsinlər, onları verlişlərə dəvət etməsinlər, açıq tribuna verməsinlər. Zorlamaq tərəfdaşı olan şəxslər leqitim “tərəf” və ya cəmiyyətin hansı hissəsininsə nümayəndələri ola bilməzlər;
- Hökumət ksenofobiya xarakterli marşa və gənc qadına qarşı istifadə olunan nifrət dili, zorakılıq hədələməsi ilə bağlı rəsmi bəyənat versin və öz mövzqeyini bildirsin;
- DİN istintaqa başlasın və zorakılığa çevrilməsi mümkün olan hədələmə haqqında müvafiq tədbirlər görsün;
- Hədələmənin müəllifi ictimai şəkildə nifrət dilinə və təhqiredici sözlərə görə üzr istəsin;
Bu məsələ ilə bağlı bu gün “Avropalı Gürcüstan”ın merliyə namizədi Elene Xoştaria da mətbuat konfransı keçirib. Onun sözlərinə görə, bu qruplara qarşı hakimiyyət hərəkətsizdir və öz vətəndaşlarını qorumur:
“Bizim cəmiyyətin borcudur ki, bu hərəkətə yetərli cavab cəmiyyət tərəfindən verilsin. Bundan dolayı, biz hər bir ictimai qrupla konsultasiyalara başlayırıq ki, ölkə üçün təhlükəli olan belə hadisələri cavabsız qoymayaq. Belə məlum olur ki, bizim necə dövlətimiz var – dövlət, hansı ki, ona azadlıq vacibdir yoxsa dövlət hansı ki, zorakıların və faşistlərin dövləti olacaq”, – deyə Elene Xoştaria baş tutan brifinqdə qeyd edib.
Mənbə: netgazeti.ge
marneulifm1106 Posts
0 Comments