Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“WhatsApp”a yeni funksiyaları əlavə edən yenilənmə gəlib. Artıq bu messencer vasitəsilə istənilən formatda faylı göndərmək artıq mümkündür. Bundan əlavə, yazılmış mətnin tərzini də dəyişmək olar. Əvvəllər “WhatsApp” vasitəsilə yalnız PDF, Docx və Xlsx formatlı faylları göndərmək olurdu. İçində foto olan faylı belə göndərmək mümkün deyildi. İndi isə artıq istənilən formatda faylı istənilən şəxsə göndərmək mümkündür. Əgər istifadəçi bir dəfəyə bir neçə fayl göndərsə və ya qəbul etsə, həmin fayllar çat daxilində bir qovluğa cəmləşəcəklər. Bu cür özəllik əsasən aktiv qrup çatları üçün əla seçimdir. Həmçinin zənglər ekranı da dəyişib. Bundan sonra gələn zənglərə cavab vermək üçün barmaq hərəkətini yana deyil, yuxarı etmək lazım olacaq. İlk öncə bu funksiyalar test mərhələsində idi. İndi isə tədricən bütün istifadəçilər üçün aktiv olacaq.

1

İlk “LED” kinoteatr ekranı təqdim olunub. “Samsung Electronics” şirkəti dünyanın ilk işıq diodlu (LED) kinoteatr ekranını nümayiş etdirib. “Samsung Cinema Screen” adlanan qurğunun diaqonal üzrə ölçüsü 10,36 metr, təsvir ölçüsü 4096х2160 təşkil edir. Ekranın parlaqlığı standart kinoteatr proyektorlarının göstəricilərini 10 dəfə (500 kd/m2 50 kd/m2 nisbətində ) üstələyir. “Samsung Cinema Screen” qurğusunun nümayiş etdirdiyi təsvir parlaq rəngləri və kontrastlığı ilə seçilir. Yeni qurğu hazırda kino avadanlıqlarının qiymətləndirilməsi üçün tətbiq edilən mövcud “DCI” spesifikasiyalarını xeyli geridə qoyur. Cənubi Koreyanın “Lotte Cinema” kino şirkəti ilə birlikdə hazırlanan “Samsung Cinema Screen” ekranı “High Dynamic Range” texnologiyasını dəstəkləyir. “LED” ekran Cənubi Koreya kinoteatrlarında uğurla sınaqdan keçirilib.

2

“Apple” şirkətinin mühəndisləri “iPhone 8” smartfonunun kamerasının funksionallığını artıracaq üçölçülü lazer skanetmə sisteminin yaradılması üzərində çalışırlar. Qurğunun əsas kamerasında əlavə reallıqla işdə təsvir dərinliyinin ölçülməsini, eləcə də çəkilişin sürətli avtomatik fokuslamasını təmin edəcək vertikal rezonatorlu səthi şüalanma lazerindən (VCSEL) istifadə olunacaq. Məlumata görə, lazer şüalanma mənbəyindən, obyektiv, sensor və prosessordan ibarətdir. Sistemin qiyməti hər smartfon üçün 2 dollar təşkil edəcək. Bununla belə, şirkət mühəndislərinin “3D” lazer skanetmə sistemi üzərində işi “iPhone 8” modeli satışa çıxarılanadək başa çatdıra biləcəklərinə əminlik yoxdur. Yeni sistemin 2018-ci ildə işıq üzü görəcəyi gözlənilir.

3

Bu ilin sonuna qədər “Nokia” daha 4 yeni smartfon istehsal edəcək. Nüfuzlu xarici KİV-lər bu barədə xəbər veriblər. Finlandiya şirkətinin planına 2017-ci ilin sonuna cəmi 7 ədəd yeni smartfon istehsal etməsi daxildir. Onlardan 3-nün bütün dünya üzrə satışına artıq uğurla start verilib. Brendin gələcək flaqmanı yeni “Nokia 9” smartfonu olacaq. Bu smartfon güclü “Snapdragon 835” prosessoru, 13 meqapiksellik iki kamera və 8 Gb əməliyyat yaddaşı ilə təchiz ediləcək. Şirkətin digər yenilikləri “Nokia 2”, “Nokia 7” və “Nokia 8” modelləri olacaq. Onlar artıq bu il bazara çıxarılacaqlar.

4

Çin yeni pilotsuz uçuş aparatı “Caihong-5”i (“Göy qurşağı”) sınaqdan çıxarıb. Kəşfiyyat və müşahidə aparmaq, habelə hədəfləri müəyyənləşdirərək zərbə endirmək məqsədi ilə yaradılan aparat bir tona qədər yük daşımaq gücündədir. “Caihong-5” ilk dəfə ötən il Cuxay şəhərində aviasiya sərgisində ictimaiyyətə təqdim olunub. Çinin Aerokosmik Aerodinamika Akademiyası alimlərinin layihələndirdikləri aparatın maksimal uçuş məsafəsi 10 min kilometr, havada qalma müddəti isə 60 saatdır. Akademiyanın mütəxəssisləri hesab edirlər ki, “Caihong-5” pilotsuz uçuş aparatı dünyada ən yaxşısıdır. Aparat həm də mülki məqsədlər üçün də istifadə oluna bilər.

5

Samsung Exynos-un rəsmi Twitter səhifəsində Galaxy Note 8-in dizayn fotosunu paylaşıb. Təqdim olunmuş fotoda smartfonun özündən əlavə olaraq Exynos 8895 prosessoru da əks olunub. Fotodakı cihazın məhz Galaxy Note 8 olmasının daha bir əyani sübutu isə “get things done” cümləsidir. Belə ki, “Samsung” bu cümləni əsasən Galaxy Note seriyasında istifadə edir. Təqdim olunmuş fotoda cihazın kənar hissəsində düymələr yoxdur. Lakin bunu cihazın final dizaynı hesab etmək də düzgün deyil. Məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç Super AMOLED, Satılacağı regiondan asılı olaraq smartfon, Snapdragon 835 və ya Exynos 8895 prosessorları ilə təchiz olunacaq. Bundan əlavə olaraq Galaxy Note 8-in, 6 GB RAM 3300 mAh enerji tutumlu batareya və 12 MP-lik arxa kameraya sahib olacağı gözlənilir. Bir sıra məlumatlara əsasən Galaxy Note 8, Avqust ayının sonunda və ya Sentyabr ayının ortasında təqdim olunacaq.

6

DRL dron yarışmaları liqası tərəfindən hazırlanmış RacerX adlı dron, dünya rekordu qıraraq Ginnesin Rekordlar Kitabına düşdü. Belə ki, 100 metrlik ərazidə sözügedən dron, saatda 289 km sürət yığmağı bacarıb. Lakin buna baxmayaraq 2 uçuşa olan orta göstərici (saatda 263.1 km sürət) qeydə alınıb. Bu cür nailiyyəti əldə etmək üçün aylarla keçirilmiş testlər, səhvlər və çoxlu sayda yanmış motorlar kömək edib. Professional dron yarışmaları üçün hazırlanmış RacerX, Racer3 modelindən tamamilə fərqlənir. Belə ki, o, karbon liflərdən hazırlanmış dayanıqlı çərçivəyə və elektromotorlara sahibdir. Dron öz enerjisini 2 ədəd 1300 mAh enerji tutumlu litium-polimer batareyalarından alır. Onun çəkisi isə sadəcə olaraq 800 qramdır.

“Sony”nin yeni oyun konsolu Playstation 5 üçün təqdimat tarixi mövzusunda yeni hesabatlar ortaya çıxmağa başladı. 2013-ci ildə Playstation 4-ün təqdimatını reallaşdıran Sony, oyunçuları yeni texnologiyalar ilə görüşdürmək üçün ötən il Slim və Pro-nun yanında PlayStation VR ilə oyunçuların qarşısına çıxdı. Yeni Playstation modellərinin satışları davam edərkən, bir tərəfdən də Sony-nin 4K oyun və əyləncə mərkəzli 9-cu  nəsil oyun konsolu Playstation 5 üçün hazırlıqları davam edir. Texniki xüsusiyyətləri yavaş yavaş dəqiqləşməyə başlayan yeni oyun konsolunun, təqdimat tarixi haqqında analitiklər tərəfindən yeni şərhlər edilir. Daha əvvəl edilən açıqlamalarda Playstation 5-in təqdimatı üçün 2018-ci il işarə edilərkən, oyun konsolları haqqında etdiyi təxminlər ilə tanınan “Michael Pachter”, konsolun 2019 və ya 2020-ci ildə qarşımıza çıxacağını ifadə edir. Sony-nin 2019-cu ili planladığını və Playstation 5-in, PS4 Pro-ya bənzər bir şəkildə orta səviyyədə bir yüksəltmə olaraq qiymətləndirilə biləcəyini  ifadə edən Pachter, şirkətin 4K TV bazarının inkişafını gözlədiyini ifadə edir. 4K televiziyaların 2019-ci ildə dünya daxilində 35 faizlik bir bazar payına çatmasının gözlənildiyini ifadə edən analitiklərə görə, Playstation 5-in təqdimatının sektorda yaşanan inkişaflara görə 2020-ci ilə salınma ehtimalı da var.

7

“Microsoft” korporasiyası təqdimatların real vaxt rejimində tərcüməsini təmin edən “Presentation Translator” proqramını istifadəyə verib. “Presentation Translator” mayda “Microsoft Build 2017” konfransında nümayiş olunub və “PowerPoint” proqramı üçün əlavədir. Əlavə yükləndikdən sonra “PowerPoint” təqdimatları bir dildən digərinə və əksinə, avtomatik tərcümə etməyə başlayır. Məruzəçi təqdimatlarda subtitrlərin daha aydın görünməsi üçün onları həm istifadə olunan dildə, həm də dünyanın 60 dilinə tərcümədə avtomatik əlavə edə bilər. Təqdimat dinləyiciləri “Microsoft Translator” vasitəsilə subtitrləri qurğularda seçilmiş dillərdə oxuya və ya slaydları tərcümə edərək onların formatını saxlaya biləcəklər.

8

“ZTE” şirkəti dördüncü nəsil mobil rabitəni (LTE) dəstəkləyən “Grand X View 2” adlı ucuz planşet kompüterini təqdim edib. Yeni qurğu 1280×800 təsvir ölçülü displey və 1,3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 210” prosessorla təchiz edilib. Əməli  və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. 128 QB-dək tutumlu çıxarılıb taxılan “microSD” daşıyıcılarının qoşulması mümkündür. Əsas kameranın təsvir ölçüsü 5 meqapikseldir və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 2 meqapikseldir. “4G LTE”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.1” simsiz rabitə modulları dəstəklənir. Akkumulyator batareyasının tutumu 4620 milliamper/saat təşkil edir və qurğu “Android Nougat 7.1.1” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. İlk öncə Kanadada satışa çıxarılacaq “ZTE Grand X View 2” modelinin qiyməti 180 Kanada dolları (təxminən 140 ABŞ dolları) təşkil edəcək.

9

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register