Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

İki ekranlı “Meizu” smartfonu təqdim ediləcək. İstehsalçılar yeni flaqmanın təqdimatının 2017-ci ilin iyul ayının sonunda baş tutacağını bəyan ediblər. “Meizu” nümayəndələri jurnalistlərə “Pro7” smartfonunun təqdimatına dəvətnamələr göndəriblər. Təqdimat bu ayın 26-da baş tutacaq. Bu barədə GSMArena məlumat yayıb. Daha öncə flaqmanın ikinci ekranının da olacağına dair məlumat yayılmışdı. Həmin ekran qurğunun qapağı altında əsas kameradan aşağıda yerləşəcək. Əlavə displeyin yardımı ilə istifadəçilər arxa kamera vasitəsilə də selfie edə, oyunlar oynaya və hətta onlara gələn bildirişləri nəzərdən keçirə biləcəklər. Bundaa başqa, insayderlər, devaysın MediaTek Helio X30 prossesoru bazasında işləyəcəyini bildiriblər.

1

Populyar “WhatsApp” messenceri öz əlavəsində “YouTube” videolarını dəstəkləməyə başlayacaq. Tərtibatçılar gizli imkanlara malik yeni funksiyanın sınaqlarına başlayıblar. Bu isə keçid olmadan dərhal messencerin özündə populyar video hostinqdə videoya baxmaq imkanıdır. Yeni funksiyanı artıq əlavənin 2.17.40 versiyasında istifadə etmək mümkündür. Videoçarxlar birbaşa olaraq əlavədə açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadə etmək işini asanlaşdırır. Bu beta versiyanın istifadəçiləri “YouTube” çarxını fasiləsiz istifadə edərək bu videonun pəncərəsinin həcmini dəyişə, onu tam bağlı və ya tam həcmli ekranlı rejimdə göndərə də biləcəklər. Ancaq bu funksiya hələlik ancaq iOS əməliyyat sistemi ilə işləyən, “iPhone 6” cihazlarından başlayaraq daha yuxarı versiyalarda istifadə üçün yaradılıb. “Android” və ya “Windows Phone” əməliyyat sistemi ilə işləyən cihazlar hələlik yeni imkanlardan istifadə edə bilməyəcəklər.

2

ABŞ-ın “Amazon” internet şirkəti özünün “Anytime” adlanan şəxsi messencerinin formalaşdırılması üzərində iş aparır. Hazırda istifadəçilər “Amazon” tərəfindən məlumatların mübadiləsi xidməti barədə keçirilən sorğuda iştirak edirlər. Bildirilir ki, “Anytime” özündə çoxfunksiyalı xidməti birləşdirəcək. Xüsusilə də müştərilərə şəkillərin emal edilməsi üçün filtrlər və maskalar təklif ediləcək. Həmçinin orada musiqili kompozisiyaları dinləmək və yemək sifariş etmək üçün funksiyalar olacaq. Bundan başqa, istisna edilmir ki, messencer mobil telefonların nömrələrinin qeyd edilmədən əlaqə siyahısına əlavə edilməsi funksiyasına da malik olacaq.

arriens-amazonex160414_npPtf

“Apple” şirkəti yubiley “iPhone 8” smartfonunu yaratmaq üçün on milyonlarla dollar vəsait ayırıb. Bu onun üçün edilib ki, cihazı vaxtında satışa çıxarmağa çatdırsınlar. Koreya mənbələrinə əsasən, “Apple”in rəsmi nümayəndələri unikal avadanlıq əldə ediblər. Onun köməyi ilə tərtibatçılar müstəqil olaraq smartfonu digər mikrosxemlərlə birləşdirəcək əyilən çap platası yarada biləcəklər. Bundan əvvəl “Apple” üç tədarükçü şirkətlə əməkdaşlıq müqaviləsi imzalayıb. Ancaq onlardan biri müqaviləyə xitam verib. Artıq korporasiya yeni tərəfdaş axtarışına çıxıb. Bildirilir ki, bu da Koreya şirkəti olacaq.

4

Tallinndə “Easymile” sürücüsüz avtobuslar fəaliyyət göstərəcək. Şəhər sakinləri və qonaqlar nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Əvvəlcə test rejimində işləyəcək avtobuslar nəzarət prosedurunu keçməli və Şose Yolları Departamentinin icazəsini almalıdır. Bir avtobusda 8 sərnişin yerləşə bilər. Hər avtobusda sərnişinlərə yolboyu yeni texnologiyalar haqqında məlumat verəcək bələdçi işləyəcək. Ekspert qrupunun rəhbəri Konsa Pirkonun sözlərinə görə, bu texnologiyanın ciddi üstünlükləri var: onu əhalinin az sıx yaşayan rayonlarında uğurla istifadə etmək olar. Həmçinin sürücüsüz nəqliyyat daha təhlükəsizdir, belə ki, yollarda qəzaların 90 faizi insanların diqqətsizliyi səbəbindən baş verir.

5

Nokia 105 mobil telefonu, bu dəfə də “HMD Global” tərəfindən satışa təqdim edildi. üçüncü nəsil Nokia 105 telefonunun təqdim etdiyi xüsusiyyətlər. HMD Global, tamamilə yeni Nokia 105 mobil telefonunun rəsmi təqdimatını reallaşdırdı. Nokia 105, ağıllı telefon xüsusiyyətlərinin yerinə yalnız təməl xüsusiyyətlər axtaran istifadəçiləri olduqca məmnun edəcək. İlk olaraq 2013-ci ildə satışa çıxarılan Nokia 105 mobil telefonu, iki il sonra isə “Microsoft” tərəfindən Nokia 105 (2015) model adıyla təkrar satışa təqdim edilmişdi. İndi isə HMD Global, tamamilə yeni olaraq xarakterizə etdiyi Nokia 105 modelini bir dəfə daha istifadəçilərə təqim etdi. Yeni Nokia 105, əvvəlki modellərdən görünüş olaraq ayrılsa da əslində təəssüf ki, çox da bir yenilik təqdim etmir. Ən əhəmiyyətli fərqlilik olaraq önə çıkansa bu məhsulda, əvvəlki 1.45 inç və 1.4 inç ekranlardan fərqli olaraq 1.8 inç-lik daha böyük ekrana yer verilməsidir. 4 MB RAM və 4 MB ROM saxlayan Nokia 105, çıxardıla bilən  800 mAh bataryasıyla 15 saatlıq danışma müddəti təqdim edə bilir. Əlavə olaraq FM radio, 3.5 mm qulaqlıq çıxışı və micro USB 2.0 portu digər detallar arasında yer alır. Həm tək, həm də iki SIM versiyaları olacaq mobil telefon, Avropada GSM 900/1800 və ABŞ-da GSM 850/1900 bantlarına dəstək təqdim edəcək. Nokia Series 30+ platforması üzərində çalışan  telefonda bir klassik olan Snake Xenzia oyunu da yer alır. Mavi, qara və ağ rəng variantlarıyla gələcək Nokia 105 telefonunun tək SIM-li modeli 14,50 dollar və iki SIM-li modeli isə 15 dollarlıq qiymət etiketinə sahib olacaq.

Son dövrün sızıntılar mövzusunda dayanmaq bilməyən smartfon telefonu  “Motorola” Moto G5S Plus-ın bu gün də  yeni vizualları ortaya çıxdı. Smartfon telefon bazarı bu sürətlə böyüməyə davam etdiyi müddətcə, yeni təqdim ediləcək cihazlar haqqında da saysız sızıntılar yaşanacağı qətidir. Bu gün ortaya çıxan xəbərlərlə birlikdə keçdiyimiz aylarda ortaya çıxan cihazın ilk görüntüləri də bir cür təsdiqlənmiş oldu deyilə bilər. Çünki cihazın ön və arxa üzünü rahatlıqla görə bildiyimiz iki fərqli vizual paylaşıldı. Cihazın texniki xüsusiyyətləri mövzusunda isə Snapdragon 625 prosessor və 5.5 inç-lik Full HD ekrana sahib olacağının iddia edildiyini ifadə edə bilərik. Moto G5S Plus-ın daxili yaddaşı sahəsi isə 64 GB olaraq təyin olunmuş vəziyyətdədir və bunun xaricində hər hansı bir yaddaş kartı dəstəyi təqdim edib etməyəcəyi haqında məlumat yoxdur. Son olaraq da cihazın arxa üzündə fotoşəkildə də görə biləcəyiniz kimi 13 MP-lik iki ədəd kamera olacağını  və 8 MP-lik selfie kamerasının da Moto G5S Plus ilə istifadəçilərə təqdim ediləcəyini ifadə edək.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register