Marneulidən seçilmiş deputatların qeyri-məhsuldar qanun layihəsi fəaliyyətləri
2017-ci ilin 13 iyul tarixində informasiya portalı “netgazeti”-də “Parlamentin plenar iclasında çıxış etməyən, 30 deputat” başlığı ilə xəbər dərc edildi.( http://netgazeti.ge/news/207079/) Məqalədə parlamentin plenar iclasında 2016-cı ilin noyabrından 2017-ci ilin iyun ayınadək heç bir dəfədə olsun çıxış etməyən deputatların adları qeyd edilmişdi. Məqalədə Marneulili majoritar və proporsional sistem ilə seçilən deputatların da adları qeyd edilmişdi. Məsələ ilə bağlı deputatlarımıza üz tutduq. Tamaz Naveriani Radio Marneuli ilə müsahibəsində komitə üzvü olduğunu, komitədə isə deputatların müxtəlif qanunlayihələr haqqında müzakirə etdiklərini və qərar qəbul edildiyi təqdirdə komitənin üzvlərindən birinin parlamentin plenar iclasında qərərı səsləndirdiyini qeyd etdi. Elə görünür ki, Tamaz Naverianiyə bu günədək özünündə üzərində çalışdığı qanunlayihəni heç bir dəfədə olsun iclasda təqdim etmək qismət olmayıb.
“Parlamentdə hər deputat tək-tək qanunlayihə üzərində çalışmır. Bizlər komitələrin üzvləriyik və qanunlayihələri komitədə müzakirə edirik. Müzakirələr nəticəsində çoxluq tərəfindən seçilən qərar qəbul edilir. Sonra isə komitənin əvvəlcədən seçilmiş hansısa üzvü parlamentin plenar iclasında qərarı çıxış edərək təqdim edir”.
Eləcədə plenar iclasda çıxış etmək Marneulili Majoritar deputat Ruslan Hacıyevədə qismət olmayıb, o isə səbəblər haqqında danışan zaman Tamaz naverianin sözlərini təkrar edir.
“Təşəbbüslər deyəndə tək olaraq təşəbbüs irəli sürülmür o qurup şəkilində komitələr olur komitələrdən irəli sürülür. Əlbəttə ki, var təşəbbüslərimiz amma yazılanlar orada yazılıb. Məsələn üçün 5 dəfədən artıq sessiyada olmayan deputatlar arasında mənidə qeyd ediblər yalan söhbətlərdir o net qazetin yazdıqları”.
Netgazetinin dərc etdiyi xəbərin mənbəsi hansı ki, Ruslan Hacıyev razılaşmır, parlamentdən alınan rəsmi məktublardı.
Proporsional siyahı ilə seçilən deputatlara gəldikdə isə, “Milli hərəkat partiyasının” üzvü Azər Suleymanov 2-dəfə parlamentin plenar iclasında təşəbbüs irəli sürüb ancaq təqdimatını etdiyi qanunlayihələr qəbul edilməyib.
“Mən 2 dəfə təşəbbüs irəli sürdüm mən biri partiyanın birini isə öz adımla. Təşəbbüsün ikisidə parlament tərəfindən qəbul edilmədi. Əsas olan təşəbbüslərin qeri qaytarılması yox əsas olan mənim tərəfimdən təşəbbübs irəli sürülməsidir. Parlament tərəfindən təkcə mənim təşəbbüslərim yox 50-dən artıq depuatatın təşəbbüsü qeri qaytarıldı. Bu isə heçbir problem yaratmır. 50 faiz yox demək olar ki 100 faiz təşəbübslər parlamet tərəfindən qeri qaytarıldı. Bu isə dövləti günahı deyil burada problem sistemdədir”.
Bəs gələcək üçün təşəbbüs irəli sürmək planınız varmı sualımıza isə hər bir deputatımız bəli planlayırıq deyə cavab verdilər.
Radio Marneuli
marneulifm1106 Posts
0 Comments