TDI – Dmanisi məktəb direktorunun qeyri-gürcü şagirdlərə qarşı diskriminaiyasından danışır

TDI

Tolerantlıq və Rəngarənglik İnstitutu (TDİ) Dmanisinin bir saylı ictimai məktəbində direktor tərəfindən qanun və məktəbin peşəkar etika nomalarının pozulmasından danışır.

TDİ-nin məlumatına görə onların hüquqşünası qeyd olunan işlə bağlı, 10-11 iyulda, Dmanisi şəhərində olub və bir saylı ictimai məktəbin 5 müəllimi, 3 valideyni və 2 şagirdi ilə sorğu aparıb.

“Valideynlər izahatlarında direktorun ksenofobiya xarakterli halından və qeyri-gürcü şagirdlərə qarşı nifrət dilindən istifadə etməsi təcrübəsindən danışdılar. Sorğulanan müəllimlərin sözlərinə görə, direktorun tutduğu vəzifə üçün yetərli bacarığı, eləcə də məktəb sahəsində mədəni təhsilin və tolerant mühitin yaranması üçün vacib biliyi yoxdur. Direktor etnik olaraq fərqli olan şagirdlərin inteqrasiyasına və onlar üçün bərabərhüquqlu mühitin yaranmasına dəstək olmur.

“Direktor çox  tez-tez xüsusən təhqiredici sözlərlər, nifrətlə məktəbə gürcü dilini, dövlət dili olaraq öyrənmək üçün gələn etnik azlıq nümayəndələrinə müraciət edir.Çox hallarda uşaqlara sonrakı sözlərlə müraciət edir “rədd olun tatarlar”, “səni zibil erməni” və.s. (M.M-nın izahatı)”, – TDİ tərəfindən yayımlanan bəyənatda oxuyuruq.

TDİ-ın bəyənatına görə, məktəb müəllimləri onlara deyiblər ki, direktor birinci sinifin etnik olaraq qeyri-gürcü şagirdlərini qəbul etmək üçün özünəməxsus imtahanlar keçirməyi planlaşdırır və onları yalnız türk dilini müəyyən dərəcədə bildikləri halda qəbul edəcək. Eləcə də müəllimlərin dediyinə görə, direktor maksimum dərəcədə çalışır ki, məktəbdə etnik olaraq qeyri-gürcülər təhsil almasınlar.

“İki nəfər etnik olaraq azərbaycanlı şagirdin valideyni TDİ-la söhbəti zamanı onların övladlarına qarşı həyata keçirilən sistematik fiziki zorakılıqdan danışdı. A.A-nın dediyinə görə, bütün il ərzində onun iki övladı məktəbdən digər şagirdlər tərəfindən döyülmüş vəziyyətdə qayıdırmış. Buna baxmayaraq, vəziyyət dəyişmirmiş, çünki, valideynlərdən birinin izahatında qeyd edir ki, direktor mübahisənin təşviq olunmasında, daim yalnız etnik olaraq azərbaycanlı şagirdləri günahlandırırmış.

Cari ilin mart ayında qeyd olunan məktəbin 6-cı sinif şagirdi olan, A.A.-nın övladı məktəbdən bədəninə zərər dəymiş vəziyyətdə qayıdıb. Valideynin təsvirinə görə, onun baş nahiyəsində və çanaq hissəsində qansağılmalar qeydə alınıb. Sonradan şagirdin valideynə izah etdiyinə görə, yuxarı sinif şagirdi olan gürcü onun əllərini burub və sifətinə başı ilə vurub. Valdeynin dediyinə görə, döyülmüş uşağa tibbi yardım göstərilməli olub. Valideynlər onu xəstəxanaya aparıblarvə orada ona ilk yardım göstəriblər.

İkinci gün şagird və valideynlərindən biri direktorun yanına gedib ki, zorakılıq fakı ilə bağlı məlumat versin.

Valideynlərin TDİ-a bildirdiyinə görə, direktor onları aqressiv şəkildə qarşılayıb və şagirdin məktəbdən çıxarılmasının tələb edib. Valideynin sözlərinə görə, direktor bildirib ki, “ona öz məktəbində ümumiyyətlə tatar,erməni və rus şagirdlər  lazım deyil və əgər vəziyyət valideynlərin xoşuna gəlmirsə uşağı məktəbdən çıxara bilərlər”. A.A. konkretləşdirir ki, bu uşağı məktəbdən çıxarmaqla bağlı ilk tələb deyildi. Əvvəl direktor A.A-nın uşaqlarını tənbəllikdə günahlandırıb, sonra isə deyib ki, yenə oxumurlar və yaxşı olardı onları məktəbdən çıxarsınlar. A.A-nın kiçik övladının, N.M-nın sözlərinə görə, direktor tez-tez, şagirdlərə qarşı da “tatar” terminindən istifadə edir.

Şagird TDİ-ın izahatında bildirib ki, direktor tez-tez onların sinif otağına girir və bütün sinifin qarşısında bildirir ki, “tatarlar gəliblər” və ya “tatarlar gediblər”.

Sorğulanan müəllimlər qeyd edirlər ki, direktor etnik olaraq erməni şagirdlərə qarşı xüsusi aqresiya və ksenefobiya xarakterli əhval-ruhiyyəsi ilə seçilir. Məsələn, 2016-cı ildə, o, erməni şagirdlərdən birinə “alçaq erməni” deyə müraciət edib. Şagirdin valideyni faktla bağlı Dmanisi Təhsil-Resurs Mərkəzinə rəsmi ərizə ilə müraciət edib, ancaq sonradan direktorun xüsusi tələbi ilə şikayətdən imtina ediblər və ərizəni geri götürüblər.

A.A-nın sözlərinə görə direktor tez-tez dalaşır, qışqırır və norma ünsiyyət qura bilmir. Valideynlər şübhə edirlər ki, direktor hərdən spirtli maddələrin təsiri altında olması mümkündür. A.A-nın dediyinə görə, 2017-ci ilin mart ayından sonra, onun övladına qarşı zorakılıq faktı haqqında məlumatı yoxdur, ancaq şagird daim stress altındadır və qorxur ki, ola bilsin sentyabrdan yeni tədris ili başlayanda direktor yenidən etnik olaraq qeyri-gürcü şagirdlərin məktəbi tərk etməsini tələb edər  və ya yetkinlik yaşına çatmamış şəxslərin təhqirini və diskriminasiyasını davam etdirər”, – bildirir TDİ.

Təşkilatın bəyənatına görə, Dmanisi şəhərinin bir saylı məktəbində baş vermiş, güman olunan pozuntunu araşdırırlar və yaxın günlərdə Təhsil Nazirliyinin Daxili Audit Departamentinə müraciət edəcəklər. Eləcə də Xalq Müdafiəçisinə məktəbdəki vəziyyəti araşdırmaq və effektli reaksiya göstərilməsi üçün müraciət olunacaq.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register