SOCAR və Socarqazın abonentlərinin 47%-nin tarifi 7-26 tetri dəyərində bahalanıb
Gürcüstanın regionlarında SOCAR və Socarqaz abonentlərinin yarısına tarif 7 tetridən 26 tetriyə qədər artıb, digər hissəsi üçün isə dəyişməz qalır.
Gürcüstan Energetika və Su Təchizatının İdarəsi Komissiyası SOCAR qazın abonentləri üçün qaz tarifi – 56,940 tetri , ancaq Socar qazın abonentləri üçün 57,011 tetri olaraq təyin edib.
Bu tarif yalnız qazlaşdırmanı 2008-ci ilə qədər keçmiş abonentlər üçün qüvvədədir. Onlar SOCAR və Socarqazın abonentlərinin 47%-ni təşkil edirlər.
SOCAR və Socarqazın digər abonentlərinin qalan 53%-ə bu tarifin aid olmaması səbəbi odur ki, onların tarifi Eneregetika Nazirinin sərəncamı ilə tənzimlənib.
Bu deməkdir ki, onların tarifinin təyin olunmasında kompaniyanın daha çox azadlığı var və Semek-in tarifindən asılı deyil.
Tənzimlənmiş abonentlərə, müxtəlif regionlara görə tariflər müəyyən olunub. Bu tarif Borcomidə 63 tetriyə qədər qalxır.
Semek-in rəhbəri, İrina Miloravanın izahatına görə, əgər nazirin tənzimləmə haqqında qərarı ləğv olunsa, o zaman, SOCAR və Socarqazın bütün abonentlərin tarifi Semek-in müəyyən etdiyi tariflə eyni olacaq.
Qeyd olunan tarif 2017-ci ilin 20 iyulundan 2018-ci ilin sonuna qədər qüvvədə olacaq.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments