Tbilisidə keçirilən Çempionlar Liqasında insident baş verib
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda “Samtredia”sının qonağı olan “Qarabağ” komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.
Xoşagəlməz hadisə matçın keçirildiyi Boris Payçadze adına “Dinamo” stadionunun önündə yaşanıb.
Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını “Qarabağ” fanatlarından alaraq qaçıblar.
Hadisədən sonra “Qarabağ” komandasının azarkeşləri stadionun önündə olan polis işçilərinə müraciət ediblər. Polis onları təqib etsə də, çata bilməyib. Asayiş keşikçiləri bildiriblər ki, Azərbaycan bayrağını oğurlayanları yaxın zamanlarda tapacaqlarına və bayrağın qaytarılacağına dair söz veriblər.
Amil Məmmədov2286 Posts
0 Comments