Gürcüstan və Azərbaycan prezidentlərinin Marneuliyə səfəri baş tutdu

prezidentler geo az

6 noyabr tarixində Gürcüstan prezidenti Qiorqi Marqvelaşvili və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Marneulidə yaşayan azərbaycanlı ictimaiyyət nümayəndələri ilə görüşdülər. Görüş Marneuli “Çay Evində” baş tutdu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstan Azərbaycan dotluğunun əhəmiyyətini diqqətə yetirdi. O, yerli əhalini dövlət dilini daha dərindən öyrənməyə çağırdı və qeyd etdi ki, ölkələrin münasibətlərində hər iki dövlətdə yaşayan azərbaycanlılar və gürcülər əhəmiyyətli rol oynayırlar. İctimai nümayəndələrə Gürcüstan prezidenti Qiorqi Marqvelaşvili də  sözlə müraciət etdi. O, Marneulidə yaşayan azərbaycanlılara Gürcüstanın inkişaf prosesinəki əhəmiyyətli roluna görə öz təşəkkürünü bildirdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register