Tercola xəstəxanasında iki yaşlı uşaq dünyasını dəyişib

Tercolada, “Tercolamedi” klinikasında iki yaşlı uşaq dünyasını dəyişib. Ailə üzvləri jurnalistlərlə söhbəti zamanı bildiriblər ki, Ana Kapanadze axşam saat 22:00-da əməliyyat üçün aparılıb, ancaq azyaşlı narkozdan ayılmayıb.

“Uşaq iki gün əvvəl çarpayıdan yıxıldı və körpücük sümüyü sındı. Ancaq həkimlər dünən axşama qədər əməliyyat etmədilər. Əməliyyatdan sonra isə uşaq dünyasını dəyişdi. Dediklərinə görə, narkozdan çıxa bilməyib. Anestozoloqdan cavab soruşulmalıdır. Bunların hamısı onun günahıdır”, – deyə dünyasını dəyişən uşağın ailə üzvləri bildiriblər.

Tibbi müəssisədən hələlik şərh bildirmirlər. Tibbi müəssisənin mühafizə üzvlərinin sözlərinə görə, həkimlər hələ də sorğudadırlar.

Mənbə: interpressnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register