Tsxelaşvili “Gürcü Marşı” haqqında: etnik mənsubiyyətə görə motivə olunmuş demarşlar qəbuledilməzdir

ketevan

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirir ki, “Gürcü Marşı”nın iştirakçılarının tələblərinin məzmunu onun üçün qəbuledilməzdir. Nazir eləcə də Tatia Dolidzeyə qarşı “Marşın” təşkilatçıları tərəfindən sosial şbəkədə bildirilmiş hədələmə, təhqiredici bəyənata da rəy bildirib və qeyd edib ki, qadına hörmət təhqirlə göstərilmir.

“Mən vətəndaş bərabərliyi üzərində çalışan nazirliyi təmsil edirəm ki, ilk növbədə etnik mənşəyə baxmayaraq Gürcüstan vətəndaşlarının bərabərliyini nəzərdə tutur. Ancaq, biz güclü qonaqpərvərlik ənənələri olan ölkəyik, biz Avropa ölkələrinə doğru tələsirik və reformalar həyata keçiririk ki, həqiqətən də regionda nümunəvi ölkə olaq. Əlbəttə, hər hansı diskriminasiya forması, etnik və ya digər hansısa məqsədlə motivə olunmuş etiraz  və ya demarş qəbuledilməzdir. Təbiidir ki, kriminal hər yerdə kriminaldır və əlbəttə bunda sual işarəsi olmamalıdır. Kriminal cəzalandırılmalıdır, çünki onun milliyəti yoxdur”, – deyir Ketevan Tsixelişvili.

Nazirin sözlərinə görə, eləcə də, gender xarakterli hücumlar da qəbuledilməzdir və əgər “Gürcü Marşı”nın təşkilatçıları tərəfindən kriminalın və ya administrativ nalayiq hərəkətlərin yeri varsa, bu məsələ mütləq qaldırılmalıdır:

“Qadına hörmət qadının təhqir olunması deyil, ona görə qadının təhqir olunması bu “Gürcü Marşı”nın iştirakçılarının bəyənatının mövqeyinə uyğun gəlmir. Onların aktivliyi ilə qadının təhqir olunması uyğun deyil – bu qadına hörmət demək deyil. Bu yolverilməzdir və mənim üçün ümumiyyətlə qəbuledilməzdir, bu mövqeyi həmişə qeyd edəcəm”.

16 iyul tarixində “Gürcü Marşı”nın bir neçə iştirakçısı Tatia Dolidzeni “Facebook”da zorlamaqla hədələyiblər. Bununla bağlı Gürcüstan DİN-i istintaqa başlayıb. “Gürcü Marşı” Ağmaşenebeli prospektində 14 iyul tarixində baş tutub və ksenofobiya xarakterli məzmun daşıyırdı.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register