Sosial şəbəkələr gənclər arasında “narahatlıq yaradır”

internet

Böyük Britaniyada aparılan araşdırmanın nəticələrinə görə, sosial şəbəkələr uşaq və gənclərdə narahatlıq və qorxu yaradır.

Gənclərə qarşı zorakılıq və şiddətə qarşı mübarizə aparan Ditch the Label adlı təşkilatının apardığı araşdırmaya görə, gənclərin yüzdə 40-ı kimsə selfilərini bəyənmədikdə özlərini pis hiss edirlər.

Yüzdə 35 nəfər isə onlara qarşı etimadın təqibçi sayına bağlı olduğunu bildirib.

12 və 20 yaş arasındakı 10 min uşaq və gənc arasında aparılan araşdırma kiber zorakılığın gedərək yayıldığını müəyyən edib.

Hər üç nəfərdən biri internetdəki görüntülərindən dolayı isitsmara və zorakılığa məruz qalmaqdan qorxurlar.

Araşdırma iştirakçılarının təqribən yüzdə 70-i internetdə başqa birinə qarşı istismarçı davranış nümayiş etdirdiklərini, yüzdə 17-si isə kompüter başında zorakılığa məruz qaldıqlarını söyləyiblər.

İştirakçıların yarısı həyatları ilə bağlı pis şeylərdən bəhs etmədiklərini, sosial şəbəkəyə sadəcə həyatlarının “uydurulmuş” versiyasını təqdim etdiklərini ifadə ediblər.

Ditch the Label yardım təşkilatının başçısı Liam Hackett insanların gedərək həqiqəti göstərməkdən yayındıqlarını söyləyib.

Hackett “İnternet sadəcə zorakılıq iqlimini müəyyənləşdirmir. Eyni zamanda gənc istifadəçilərin şəxsiyyətinə və davranışlarına çox böyük təsir göstərir” deyib.

Böyük Britaniyadakı mütəxəssislər valideynlərin də eyni şəkildə sosial şəbəkəyə bağlı olmasının bu təsirləri artırdığına diqqəti yönəldiblər.

Bir mütəxəssis “Ata-anaların uşaqlarına həyatın sosial şəbəkələrdən və bu şəbəkələrin yaratdığı təmtəraqlı rəsmdən daha artıq olduğunu öyrətmələrinin zamanı gəlib” deyib.

Məmbə:bbc 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register