İran biznesmenləri Marneulidə qonaq oldular

iran

19 iyul tarixində Marneuli bələdiyyəsinin binasında İran İslam Respublikasının Zəncan və digər vilayətlərindən gəlmiş biznesmenlərlə görüş baş tutdu. Görüşdə Marneuli bələdiyyəsinin nümayəndələri, millət vəkili, İran İslam Respublikasının Gürcüstandakı səfirlik nümayəndələri və həmin ölkənin biznesmenləri iştirak edirdilər. Görüşün əsas məqsədi İran biznesmenlərinin Marneuli bələdiyyəsində sərmayə qoymasına dəstək göstərmək idi. Görüşdə kənd təsərrüfatı, maldarlıq, quşçuluq, tikinti materialları və başqa sahələr müzakirə olundu. Görüşdə iştirak edən millət vəkili Ruslan Hacıyev biznesmenlərlə görüşdə bildirdi ki, Kvemo Kartlidə turizmin inkişafına sərmayə yatırılması da məqsədəuyğun olardı.

İranlı biznesmen Cihatgaran şirkətinin rəhbəri Əli Rüstəmi Marneuli radiosuna Marneuli şəhərində iş yerləri açmaq və yerli sakinlərə xidmət etmək istədiklərini bildirdi.

Görüşdə iştirak edən icra başçısı Merab Topçişvili qeyd etdi ki, Marneuli bölgəsi sərmayə yatırılması üçün çox əlverişlidir.

İnanırıq ki, Marneuli regionunda bizim biznesmenlər üçün yaxışı potensial var deyə İran Xarici İşlər Nazirliyinin əməkdaşı Əliəkbər Nəzəri bildirdi.

Görüş başa çatdıqdan sonra Marneuli İctimai Kitabxanasının binasında qonaqlara Marneuli bələdiyyəsi haqqında ətraflı məlumat verildi.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register