Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Harvard Universitetinin alimləri geyim istehsalı üçün istifadə oluna biləcək “ağıllı” parça hazırlayıblar. Əlavə cihazların quraşdırılmadığı parça öz-özlüyündə böyük cihaz şəklindədir. Geyim üçün parçanın yeni hazırlanma texnologiyası haqqında tədqiqat “Advanced Materials Technologies” nəşrində dərc edilib. “Ağıllı” parça iki gümüşü keçirici parça qatı arasında yerləşən silisium qatından ibarətdir. Silisiumun keçiricilik qabiliyyəti gümüşü parçadan dəfələrlə azdır və belə birləşmə tutumlu cihaz yaradır. Cihaz hərəkətə nəzarət edərək iki elektrod arasında elektrik sahəsində enerjinin saxlanılmasında baş verən dəyişiklikləri qeydə alır. Parça dartılan zaman silisium qatı nazikləşməyə, parçanı ötürən qatlar isə yaxınlaşmağa başlayır. Məlumata görə, texnologiyanın sınaqları mərhələsində ekspertlər tərəfindən əlcək hazırlanıb. Cihaz təkcə idman göstəricilərini deyil, hər barmağın nə dərəcədə əyilməsi daxil olmaqla, əl hərəkətlərini qeydə alıb. Alimlər qeyd edir ki, parçadan idman geyimi və xəstələrə nəzarət üçün geyim hazırlamaq mümkündür.

1

Yeni model “iPhone” istehsalçısı texniki problemlərlə üzləşib. ABŞ-ın “Wall Street Journal” nəşri bu haqda məlumat yayıb. “Apple” şirkətinin smartfonu OLED displeylə təchiz ediləcək. Bu, LED və LCD ekranlardan onunla fərqlənir ki, öz şəxsi rəngi ilə işıq saçır, piksellərin rənginin işıqlanması ilə deyil. Bunun üçün də OLED pikselləri “emissive” və ya “işıqlanan” adlandırılır. Displeyin parlaqlığına piksellə nəzarət olunur, LED/LCD ekranlarda isə belə funksiya yoxdur. “Apple” mütəxəssisləri “Home” düyməsinin OLED displeylə birləşməsində problemlə üzləşiblər. Belə ki, bu OLED ekran bütün qabaq paneli tutur. “TouchID” skaneri orqanik işıq diodu səbəbindən işləməyən vəziyyətdə qalır.

2

Yaxın illərdə Rusiyada elektrotəyyarə işlənib hazırlanacaq. Bu barədə N.E.Jukovski adına İnstitutun Milli Tədqiqatlar Mərkəzinin rəhbəri Andrey Dutov deyib. Onun sözlərinə görə, artıq bu il mərkəzinin nümayəndələri belə bir təyyarə maketini ictimaiyyətə nümayiş etdirməyə hazırdırlar. Dutov vurğulayıb ki, bu, təcrübəli nümunənin yaradılması yolunda ilk addım olacaq. Güc qurğusunun nominal gücü təxminən 500 kvt təşkil edəcək. A.Dutov qeyd edib ki, yaxın üç ilə elektrik hərəkət qüvvəsi ilə tam təyyarə mühərrikinin yaradılmasına dair proqramı reallaşdırmaq olar. Bu istiqamətdə artıq müəyyən işlər aparılır. Nəqliyyat vasitəsi eyni vaxtda 19-dək sərnişin daşıya biləcək.

3

ABŞ-ın Vaşinqton şəhərindəki ticarət mərkəzlərinin birində “Knightscope” şirkətinin mühafizəçi robotu açıq fəvvarəyə girərək batıb. Bu cür botlar asayişə baxırlar. Onlar video yazaraq onları canlı yayımla operatora ötürürlər. Hələlik “Knightscope” robotunun belə gözlənilməz qərar qəbul etməsinin səbəbi dəqiq məlum deyil. Qeyd edək ki, “Space X” şirkətinin yaradıcısı İlon Mask 2030-cu ildə robotun insan üzərində qələbə qazacağını proqnozlaşdırıb.

4

“Odnoklassniki” sosial şəbəkəsində yeni funksiya yaradılıb. Bundan sonra istifadəçinin səhifəsində dərc olunan materialların baxılma sayğacı olacaq. Bununla da bu və ya digər yazının nə qədər adam tərəfindən baxıldığını bilmək mümkün olacaq. Baxılma sayğacı hər bir postun altında olacaq. Ancaq bu, profilin sahibi üçün görünəcək. Hələlik bu seçim saytın tam versiyasında istifadə oluna bilər. Ancaq yaxın zamanlarda bu mobil əlavədə də yaradılacaq. Əvvəlcə belə bir funksiya “Odnoklassniki”dəki birliklərdə yaradılıb. Sosial şəbəkənin nümayəndəsinin sözlərinə görə, xüsusi alqoritm postların baxılmasında süni əlavə olunmalardan qaçmağa imkan verəcək. Xatırlatmaq lazımdır ki, bir neçə ay əvvəl analoji funksiyanı “VKontakte” sosial şəbəkəsi də tətbiq edib. Ancaq fərq ondadır ki, dərc olunan məlumatların baxılma sayı bütün istifadəçilərə görünə bilir.

5

“Samsung Electronics” şirkəti dünyanın ilk işıq diodlu (LED) kinoteatr ekranını nümayiş etdirib. “Samsung Cinema Screen” adlanan qurğunun diaqonal üzrə ölçüsü 10,36 metr, təsvir ölçüsü 4096х2160 təşkil edir. Ekranın parlaqlığı standart kinoteatr proyektorlarının göstəricilərini 10 dəfə (500 kd/m2 50 kd/m2 nisbətində ) üstələyir. “Samsung Cinema Screen” qurğusunun nümayiş etdirdiyi təsvir parlaq rəngləri və kontrastlığı ilə seçilir. Yeni qurğu hazırda kino avadanlıqlarının qiymətləndirilməsi üçün tətbiq edilən mövcud “DCI” spesifikasiyalarını xeyli geridə qoyur. Cənubi Koreyanın “Lotte Cinema” kino şirkəti ilə birlikdə hazırlanan “Samsung Cinema Screen” ekranı “High Dynamic Range” texnologiyasını dəstəkləyir. “LED” ekran Cənubi Koreya kinoteatrlarında uğurla sınaqdan keçirilib.

6

“Sanmina Corporation”ın bölməsi olan “Viking Technology” şirkəti “UHC-Silo” seriyasına məxsus 50 TB-lıq ən tutumlu “SSD” daşıyıcısını təqdim edib. Standart “SAS” interfeysinə malik olan daşıyıcı 3,5 düymlük form-faktorda hazırlanıb və məlumatların işlənməsi mərkəzlərində istifadə üçün nəzərdə tutulub. Yeni daşıyıcı aşağı enerji sərfiyyatına malikdir. Qurğu aktiv iş zamanı 16 vatt, işləmədikdə isə 10 vattadək elektrik enerjisi sərf edir. Şirkətlər bu daşıyıcının köməyi ilə məkan və elektrik enerjisinə 80%-dək qənaət edəcəklər. Yeni daşıyıcıda daha qabaqcıl və sürətli “3D TLC NAND” həllinin əvəzinə, “SK Hynix MLC” çiplərindən istifadə edilib. Ardıcıl oxuma və yazma sürəti müvafiq olaraq 500 və 350 Mbit/s-dək təşkil edir ki, bu da təəccübləndirmir, çünki indi “NVMe” interfeysi üçün 1 Qbit/s-dən yüksək sürət artıq norma hesab edilir. “Viking Technology” şirkəti daşıyıcıların  uzun müddət işləməsinə önəm verir. Belə ki, sözügedən şirkətin daşıyıcıları gündəlik yazma ilə 5 ilədək işləmək qabiliyyətinə malikdirlər.

7

Bu ilin sonuna qədər “Nokia” daha 4 yeni smartfon istehsal edəcək. Nüfuzlu xarici KİV-lər bu barədə xəbər veriblər. Finlandiya şirkətinin planına 2017-ci ilin sonuna cəmi 7 ədəd yeni smartfon istehsal etməsi daxildir. Onlardan 3-nün bütün dünya üzrə satışına artıq uğurla start verilib. Brendin gələcək flaqmanı yeni “Nokia 9” smartfonu olacaq. Bu smartfon güclü “Snapdragon 835” prosessoru, 13 meqapiksellik iki kamera və 8 Gb əməliyyat yaddaşı ilə təchiz ediləcək. Şirkətin digər yenilikləri “Nokia 2”, “Nokia 7” və “Nokia 8” modelləri olacaq. Onlar artıq bu il bazara çıxarılacaqlar.

8

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register