Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Huawei” şirkəti yeni “Band 2” və “Band 2 Pro” “ağıllı” idman bilərzik modellərini təqdim edib. Onlar ürək döyüntüsünü, sürət, məsafə və istiqaməti ölçmək imkanına malik “FitBit” qurğularının tipik rəqibi hesab olunur. Bilərziklər orqanizmdə oksigen səviyyəsini, onun əzələlərə ötürülməsini ölçür. Ölçmənin dəqiqliyi 95 faiz təşkil edir. “Pro” modelində müstəsna olaraq yuxunun və nəfəsin keyfiyyətinin izlənilməsi üçün “TruSleep” funksiyası quraşdırılıb. Həmçinin, qurğu qaçış üçün “GPS” və “Running Сoach” ötürücüsünə malikdir. Ürəkdöyünmənin monitorinqi hər iki qurğuda fasiləsiz aparılır, hədəfi seçərək müxtəlif fəaliyyət növlərinin bu parametrə təsir göstərməsini təhlil etmək olar. Bildirilir ki, “ağıllı” bilərziklər müxtəlif məşqlərin fiziki hazırlıq səviyyəsinə təsirini göstərən və məşqlərdən sonra bərpa üçün tələb olunan vaxtı qiymətləndirən “Training Effect” funksiyası ilə təchiz ediliblər. Qurğular suyun altında 5 atmosfer təzyiqə davamlıdır. Smartfon qoşulan zaman bilərziklər qurğu proqramı kimi işləyir və bildirişləri, xəbərdarlıqları və mətnli məlumatları göstərir. Qiymət və satışların başlanma müddəti barədə məlumat verilmir.

1

“Apple” istifadəçiləri xilasetmə xidmətini barmaq izi ilə gizli şəkildə çağıra biləcəklər. “Apple” şirkəti bu prosedurun patentini əldə edib. Əgər 911 xidmətini yığmaq mümkün deyilsə, o zaman bu üsul qaçılmaz olacaq. “Əgər insan cinayətkarın baxışları altındadırsa, barmağını ekranda müəyyən ardıcıllıqla və təzyiqlə gəzdirdikdə, kömək çağıra bilər”, – deyə “Apple”ın patentlə bağlı açıqlamasında bildirilir. Qeyd olunur ki, funksiya sistemə giriş parollarından yan keçməklə proqramlaşdırıla, istifadəçinin yeri barədə müvafiq orqanları məlumatlandıra, “iPhone”dan avtomatik olaraq səs və ya video göndərə bilər.

2

“AGM X2” smartfonunun rəsmən satışa çıxarılma müddətinin qeyri-müəyyən qalmasına baxmayaraq, insayderlər “MWC 2017” sərgisində nümayiş olunan qurğu haqqında məlumatları bölüşməkdə davam edirlər. Smartfon ikili ön kameraya havada uçan üzvi birləşmələrin (VOC) tərkibini monitorinq və təhlil etməyə imkan verəcək texnologiya ilə təchiz ediləcək. Elektron Xəbər Xidməti “AndroidInsider” resursuna istinadən yazır ki, bu maddələrin yüksək səviyyədə olması ölümlə nəticələnməsə də, ümumilikdə insan səhhətinə təsir göstərməklə başağrıları, süstlük və s. yaradır. Belə birləşmələrə, məsələn, karbohidrogen, aldehid, spirt, keton və terpentinlər aid edilir. Bundan başqa, internetdə “AGM X2” smartfonunun arxa panelində adi “IP68” əvəzinə “MIL-STD-810G” yazısına rast gəlinən şəkilləri yayılıb. Bu, ABŞ Silahlı Qüvvələrində istifadə olunan xüsusi hərbi standartdır. Bu isə o deməkdir ki, qurğu ekstremal yüklənmə şəraitinə davamlıdır, qeyri-standart vəziyyətlərdə və yüksək temperaturlarda istifadə oluna bilər. Smartfonun akkumulyator tutumunun 6 min milliamper/saat təşkil edəcəyi gözlənilir. Bu göstərici “AGM X1” qurğusunda 5400 milliamper/saata bərabər olub.

3

BMW şirkəti “iDrive” multimedia sisteminin imkanlarının funksiyalarını genişləndirdiyini elan edib. Xüsusilə cari ilin payızından əyləncəli komplekslərə “Skype” messenceri əlavə ediləcək. Multimedia sisteminə belə bir əlavənin edilməsi avtomobilin içində konfrans rabitədən istifadə etməyə imkan verəcək. Nəzərdə tutulan onlayn görüşlər barədə bildirişlər multimedia sisteminin ekranında görünəcək. Danışıqlara qoşulmaq üçün sürücünün “iDrive” sisteminin coystikini sıxması kifayətdir. Qeyd etmək lazımdır ki, “Skype”dan başqa BMW avtomobilləri “Microsoft Exchange” sistemi ilə də təchiz ediləcək. O, təqvimləri, poçt qutusunu və əlaqə nömrələrini mobil cihazlar və kompüterlərlə sinxronlaşdırmağa imkan verəcək.

4

“Digitimes Research” analitik şirkətinin mütəxəssisləri proqnozlaşdırır ki, 2017-ci ildən 2018-ci ilə qədər dünya bazarında əsas kamerası ikili modulla olan cihazların payı 16 faizdən 30 faizə qədər artacaq. 2019-cu ildə isə bu rəqəm 50 faizə qədər çata bilər. Artıq indidən bir çox dünya istehsalçıları iki kameralı smartfonlar istehsal edirlər. Analitiklər “Largan Precision” və “Genius Electronic Optical”, Çinin “Sunny Optical Technology” və Yaponiyanın “Kantatsu” şirkətlərini bu sahədə lider istehsalçı hesab edirlər. Qeyd edək ki, bu gün iki kameralıların maya dəyəri adilərdən bir qədər yüksəkdir. Bunun üçün də belə smartfonlar bazarda baha qiymətədir.

5

“Samsung” şirkəti hər il qabaqcıl smartfon modelinin möhkəm korpusa və sudan tam mühafizəyə malik “Active” versiyasını təqdim edir. Son qabaqcıl modellərin də su və toz keçirməz olmasına baxmayaraq, istehsalçı daha yüksək davamlılıqlı qurğulara üstünlük verən istifadəçilər üçün “Active” versiyaları buraxmaqda davam edir. Bu il də istisna olmayacaq və “Galaxy S8 Active” smartfonunun buraxılışı gözlənilir. Nüfuzlu “SamMobile” resursu smartfonun yeni şəkilini dərc edərək onun təxmini buraxılış müddətini açıqlayıb. Yeni təsvir bir daha təsdiq edir ki, “Galaxy S8 Active” smartfonu “Galaxy S8”də olduğu kimi, tərəflərinin nisbəti 18:9 və nazik çərçivəli ekranla təchiz edilsə də, əyilmiş kənarlara malik olmayacaq. Bunun düşmə zamanı ekranın sınmaması – daha yüksək möhkəmlilik üçün edildiyi ehtimal olunur. Texniki xüsusiyyətlər baxımından adi “Galaxy S8” modelinə tam oxşar olacaq “Galaxy S8 Active” 5,8 düym diaqonallı “AMOLED” displey, “Exynos 8895” prosessoru, 4 giqabaytlıq operativ yaddaş və s. ilə təchiz olunacaq. Smartfon sudan “IP68” standartı üzrə mühafizə olunmaqla yanaşı, “MIL-STD-810G” hərbi davamlılıq sertifikatına malik olacaq. “Galaxy S8 Active” smartfonunun avqustun 1-də təqdim olunacağı gözlənilir.

6

Simsiz interfeysin inkişafına məsul “Bluetooth SIG” təşkilatı yeni “Bluetooth Mesh” məlumat ötürmə formatı təqdim edib. Texnologiya “ağıllı” ev qurğularının gələcək inkişafı məqsədilə yaradılıb. Yeni standart ötürülmə zamanı məlumatların çox ünvanlı paylanılması üçün nəzərdə tutulub. “Bluetooth Mesh” virtual şəbəkədən istifadə edir: məlumatlar ünvançıya çatanadək bir ünvandan digərinə ötürülür. Mütəxəssislərin planına görə, bu, “Əşyalar interneti” texnologiyalarının inkişafına kömək edəcək. Məsələn, məlumatları otaqdakı ötürücüdən o biri başdakı smartfona göndərmək tələb olunan zaman informasiya aralıq kəsişmə nöqtələri – planşet, noutbuk, kompüter və texnologiyanı dəstəkləyən digər qurğular vasitəsilə ötürüləcək. Nəticədə sensorlar uzaq məsafələrdə mərkəzi kəsişmə nöqtəsi ilə məlumat mübadiləsi edəcək. Siqnalın birbaşa qəbulediciyə analoji şəkildə göndərilməsi yaxın ünvana ötürülmə ilə müqayisədə enerji üçün daha çox xərclər tələb edir. Bu səbəbdən “Əşyalar interneti” qurğuları avtonom rejimdə daha çox işləyəcək. “Bluetooth Mesh” standartının üstünlüyü ondan ibarətdir ki, aparat proqram təminatı səviyyəsində dəyişikliklər tələb olunmur. Texnologiya “Bluetooth 4.0” və “Bluetooth 5.0” simsiz şəbəkəsinə malik bütün qurğularda işləyə bilsə də, proqram təminatının yenilənməsi tələb edilir. Təşkilat standartın inkişafı üçün texnika istehsalçılarını cəlb etməyi planlaşdırır.

Almaniyanın məşhur “Mercedes-Benz” avtomobil şirkəti ilk “pikap” modelinin təqdimatını keçirib. “Mercedes X-Class”ın qiyməti Almaniyada 37 300 avrodan başlayacaq. Noyabr ayında satışa çıxarılacaq avtomobil 2018-ci ildə Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyaya, 2019-cu ildə isə Latin Amerikasına ixrac ediləcək. “Mercedes” bu “pikap”la “Ford F150”, “Nissan Navara”, “Toyota Hilux” və “Volkswagen Amarok” kimi avtomobillərə rəqib olacaq. “X-Class”-ın hündürlüyü 5.34, eni isə 1.92 metrdir. “Pikap” ikisi dizel, biri isə benzin yanacağı sərf etməklə üç fərqli motorda təqdim ediləcək.

7

“Jelly Key” tərəfindən hazırlanan Forbidden Realm klaviatura ləl-cəvahiratları, klaviaturaya tam fərqli bir görünüş gətirir. Təbii ki belə birklaviaturanın ciddi bir də xərci mövcuddur! Klaviaturasını və özünü ləl-cəvahiratlarla  əyləndirmək istəyənlər üçün Jelly Key tərəfindən hazırlanan Artifact ardıcıllığı Forbidden Realm klaviatura düymələri həm incə işləmləri həm də qiymətləriylə diqqət çəkir. Özünü klaviatura ləl-cəvahiratı mütəxəssisi olaraq xarakterizə edən Vietnam mərkəzli Jelly Key, öz istehsalına yeni bir ardıcıl əlavə etmiş vəziyyətdədir. Forbidden Realm adıyla təqdim edilən ardıcıl üçün qabiliyyətli sənətçilər, Cherry MX uyğunlu SA Row 3 şəklində və ölçüsündə klaviatura düymələri hazırlayıb. İçərisinə fantastik dünya mənzərələri yerləşdirilən bu möcüzə düymələr; Cloudy Cliff (Buludlu Uçurum), Purple Valley (Çəhrayı Vadi) və Cyan Lake (Mavi Göl) olaraq adlandırılır. Təbiətin möhtəşəmliyini və qrupun xəyal gücündən ilham alınaraq hazırlanan klaviatura ləl-cəvahiratlarını taxta, çəmən, duman və qatran kimi vəsaitlər istifadə edilib. Əlavə olaraq düymələrin klaviaturanın aydınlanmasına mane olmadığını və işıqlandırma ilə çox daha gözəl görsəndiyini də söyləmək lazımdır. Daha əvvəlki Jelly Key məhsullarının düymə başına 30 ilə 40 dollar intervalında qiymətlərlə satıldığı ifadə edilir. Bu mənada, Forbidden Realms ardıcıllığının çox daha qarışıq olması səbəbiylə düymə başına 60 dollardan satılacağı təxmin edilir. Yəni klaviaturanızın üç düyməsini dəyişdirmənin xərci 180 dollar-dır, Forbidden Realm-in olduqca məhdud sayda olacağı bildirilir.

8

“Google” həmişə nəticə etibarilə anonsu olmayan və satışa çıxmayan müxtəlif cihazlar hazırlayır. Buna misal olaraq Nexus Q mediapleyerini və Google Glas eynəklərini gətirmək olar. Google Glass eynəyi ilk dəfə 2013-cü ildə təqdim olunmuşdu və o həqiqətən də innovasiyalı cihaz hesab edilirdi. Lakin buna baxmayaraq sözügedən cihaz o qədər də böyük məşhurluq əldə etmədi və şirkət onu təkmilləşdirmək üçün bir müddət bu layihəni dondurdu. 2 il ərzində internetdə bu cihazın yeni versiyası ilə bağlı şaiyələr gəzirdi. Lakin indi şirkət bu layihəni yenidən geri qaytarmağı qərara aldı. Bir çoxları Google Glass eynəyinin tamamilə dəyşdirilmiş versiyasını gözləyirdilər. Şirkət isə müəssisələr üçün köhnə versiyanı sadəcə olaraq bir qədər təkmilləşdirib. Yeni versiya, Google Glass Enterprise Edition adlanır. Bu versiya, köhnədən bir sıra özəlliklərinə görə fərqlənir. Belə ki, yeni versiyanın linzaları istənilən təhlükəsizlik eynəklərinə və maskalarına birləşdirilə bilər. Cihazın çərçivəsində olan kamera düyməsi, 2 funksiyanı yerinə yetirir. Həmin funksiyalardan biri, Glass Pod adlı elektronik hissəni, çərçivədən ayırmağa imkan verir. Daha sonra həmin hissəni, təhlükəsizlik eynəyinə və ya maskaya birləşdimək olar. Yeni texniki özəlliklər arasında isə daha güclü prosessor, 8 MP-lik kamera və 8 saata kimi çalışmaq var. “Boeing” şirkətinin işçiləri artıq Google Glass Enterprise Edition versiyasını sınaqdan keçirdiblər. Onların sözlərinə əsasən bu eynəklərlə çalışmaq daha asan və rahatdır. Sözügedən aviaşirkət əməkdaşları gözlərinin qarşısında lazımi təlimatları görə və operator onlara səsli ismarıc göndərdikləri vaxtda onların, operatora foto göndərmələrini reallaşdıra bilirlər. Hal hazırda Google Glass eynəklərinin yeni versiyası yalnız müəsssələr üçün nəzərdə tutulub. Adi istifadəçilər üçün də bu eynəklərin istehsal olunub-olunmayacağı isə hələki bilinmir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register