Tarixdə bu gün

Tarixdə bu gün 20.7.2017-cı il.
Avstriya bioloq və botaniki, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifi Qreqor Yohan Mendel 20 iyul 1822-ci ildə Avstriya imperiyasının Heinzendorf bei Odrau (Hynčice, obec Vražné) şəhərciyində (indiki Çexiya) kəndli Anton Mendelin ailəsində doğulmuşdur.
1903-cü ilin bu günü Ford ilk avtomobilini istehsal başladı.
1969-cu ilin iyulun 20-də Apollon 11 Aya enmişdir. İlk dəfə də Nil Armstronq və Edvin Oldrin Ay səthində yerimişlər.
20 iyul 1976-cı ildə Viking-1 11 ay davam edən səfərdən sonra Marsa eniş etdi və Dünyaya fotoşəkillər göndərməyə başladı.
1980-cı ilin iyulun 20-də sürgündə Mustafa Əbdülcəmil Qırımoğlu illərdən bəri onun yolunu gözləyən Safinar xanımla ailə qurur.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments