Dəmyə kəndində içməli su xətti çəkilir
Marneuli bələdiyyəsinin Dəmyə Gorarxı ərazi vahidliyinə aid olan Dəmyə kəndində içməli su sisteminin yenidənqurma işləri həyata keçirilir. Layihə çərçivəsində içmli su borularının yenidən çəkilməsi, bərpası və sayğac quraşdırılması planlaşdırılır. Bu haqqda kənd icra nümayəndəsi Heydər Musayev radiomuza məlumat verdi. Bildirdi ki, yaxın zamanlarda əhali içməli su ilə təmin olunacaq.
Qeyd etmək lazımdır ki, layihə sona çatandan sonra Dəmyə kəndinin hər bir sakini, 102 ailə, içməli su ilə təmin olunacaq.
İçməli su layihəsi yerli büdcə və bölgədə həyata keçirilən layihələr fondundan maliyyələşir. Layihənin dəyəri 107 000 laridir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments