İlham Əliyevin jurnalistlərə hədiyyəsi – Bakı şəhərində evlər

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda jurnalistlər üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak edib.

Azərbaycan hakimiyyətinin məlumatına görə, jurnalistlərin 17 mərtəbəli yaşayış binasında 255 mənzil var.

Azərbaycanın Mətbuat Şurasının sədri, Əflatun Amaşov Prezident İlham Əliyevə media nümayəndələrinə “diqqət və qayğı” göstərdiyi üçün təşəkkür edib. Bundan başqa, Azərbaycan Prezidentinə “Jurnalistlərin dostu” mükafatını verib.

Jurnalistlərin ikinci binasının açılışından sonra Əliyev jurnalistlər üçün ayrılmış üçüncü binanın tikintisinin əsasını da qoyub.

“Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda hər növ  azadlıq, eləcə də söz azadlığı təmin olunub”, – deyə İlham Əliyev mərasim zamanı bildirib.

Eyni zamanda Əliyev bildirib ki, Azərbaycanda cəmiyyət üçün bütün vacib problemləri işıqlandıran minlərlə media təşkilatı var və onlar cəmiyyətin inkişafında vacib rol oynayırlar.

Azərbaycanda azad jurnalistlərin təqibi xüsusən son illərdə sistematik xarakter daşıyır. Əliyev rejimi bir çox müstəqil jurnalisti həbs edib və müxtəlif ittihamlarla mühakimə edib. Azərbaycan hakimiyyətinə qarşı loyal olmayan media nümayəndələrinin və media təşkilatların bir hissəsi ölkəni tərk etmək  və peşələrini başqa ölkələrdə, eləcə də Gürcüstanda davam etdirmək məcburiyyətində qalıblar. Onlardan biri Əfqan Muxtarlıdır ki, 2017-ci ilin 29 may tarixində Tbilisidən qaçırdılar və Bakı təcridxanasına keçirdilər və hələ də oradadır. Gürcüstanın mülki cəmiyyət və media, eləcə də beynəlxalq hüquq-mühafizə təşkilatlarının etirazına və tələbinə baxmayaraq, onun qaçırılması işini gürcü tərəfi indiyə qədər hələ də araşdırmayıb.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register