“Moambe” abxaz, os və rus dilində artıq efirə çıxmır

moambe

İctimai Televiziyanın efirində abxaz, os və rus dillərində xəbərlər buraxlışı “Moambe” artıq efirə çıxmır. Qeyri-gürcü dilli Moambenin buraxlışları son dəfə 13 iyul tarixində efirə çıxıb. İndiyə kimi tamaşaçılar buraxılışı hər iş günü axşam saat 11-dən izləyə bilirdi. İctimai Televiziyanın, qanuna əsasən, hər qrupun maraqlarını qane etmək öhdəliyi var.

“Bizim öhdəliyimiz var ki, qeyri-gürcü dilli əhaliyə məlumat verək. Bunu İctimai Televiziyanın platformalarından birində – veb-səhifədə edəcəyik”, – deyə On.ge-yə yayımın Strateji İnkişaf Mərkəzinin rəhbəri, İa Antadze bildirib.

İctimai Televiziyanın milli dillərdə yayımın baş prodüsseri, Nino Xidaşeli deyir ki, ölkədə gedən xəbərlər haqqında məlumatı yalnız internet vasitəsilə, multitolerant.ge-dən almaq mümkün olacaq.

“Prinsipdə, inline platforma daha da qəbul olunan ola bilər. Çox səmimi desəm Tsxinvali və Abxaziya əhalisi onsuz da bizə interner vasitəsilə baxırdı”, – deyir Xidaşeli və qeyd edir ki, Gürcüstanda gedən bütün hadisələr haqqında məlumat işıqlandırmağa çalışırlar.

Onun fikrincə, qeyri-gürcü dildə Gürcüstanda bütün keyfiyyətli və məhdudiyyətsiz materialları onların komandası yeni xəbərlərdə hazırayır.

İctimai Televiziyanın online media rəhbəri, Tamar Katsitatdze tərəfindən On.ge-yə verilmiş göstəricilərə əsasən, multitolerant.gpb.ge-nin açılan gündən, yəni 2016-cı ilin 20 sentyabrından 2017-ci ilin 19 iyulu da daxil olmaqla cəmi 947 590 ziyarətçisi olub.

On ay ərzində ziyarətçilərin sayı belə bölündü:

  • Azərbaycan – 182 647;
  • Erməni – 240 138;
  • Abxaz – 105 859;
  • Os – 66 742;
  • Rus – 311 862
  • Arxiv – 40 224.

Katsitatdzenin sözlərinə görə, İctimai televiziyanın qeyri-gürcü dilli veb-səhifələrinin ayda 34 mindən 50 minə qədər bənzərsiz ziyarətçiləri var.

Milli dillərdə yayımın baş prodüsseri deyir ki, 10 ay ərzində təqribən etnik azlıqların məskunlaşdığı regionlarda veb-səhifə haqqında əhaliyə məlumat verməyiblər. Xidaşelinin məlumatına görə, veb-səhifə haqqında azlıqların məsələləri üzrə çalışan QHT-lərə və Xalq Müdafiəçisinə məlumat veriblər.

Abxaz, os və rus dilində “Moambe”nin dayandırılmasına baxmayaraq, Amerika səfirliyinin maddi dəstəyi və Regional Yayım Assosiasiyası ilə tərəfdaşlıqla, yenidən saat 6-da və 8-də efirə gedən “Moambe” azərbaycan və erməni dilinə tərcümə olunur və yerli televiziyalarda yayımlanır. İnformasiya proqramının sinxron tərcüməsi “Seto Box”-la da əlçatandır.

Mənbə: On.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register