Bugün Beynəlxalq Şahmat Günüdür

1

Bu gün 20 iyul Beynəlxalq Şahmat Günüdür. Bu gün Beynəlxalq Şahmat Federasiyası FİDE-nin qərarı ilə 1966-cı ildən qeyd olunur. Biz bu günlə əlaqədar olaraq, Tbilisi Beynəlxalq Şahmat Akademiyasının rəhbəri Valeri Qaprindaşvili ilə söhbət apardıq. O, Marneulidə də şahmat dərsi keçir və bizə Marneuli miqyasında şahmatın nailiyyətlərindən söhbət açdı.

Valeri Qaprindaşvili bu günlə bağlı Tbilisidə keçirilən tədbirlər haqqında da danışdı.

Şahmat Gürcüstanda qədimdən məşhurdur. Bu oyunun bir çox gürcü ədəbiyyatı və tarixi mənbələrində adı çəkilib, şahmatın Gürcüstana hindli tacirlər və ya farslar tərəfindən gətirildiyi güman olunur.  Hər halda bu oyun Gürcüstanda ərəblərin gəlməsinə qədər məlum idi. Tədricən şahmat gürcülərin həyatında önəmli yer tutub, belə ki, gəlin köçən qıza cehiz olaraq “Pələng dərisi geymiş pəhləvan” ilə birlikdə şahmat da verilirmiş.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register