Prezident yerli özünüidarə haqqında qanun layihəsinə veto qoydu

giorgi

Bu gün, 20 iyul tarixində Gürcüstan prezidenti Qiorqi Marqvelaşvili yerli özünüidarə haqqında qanun layihəsinə veto qoydu.

15 iyun tarixində Parlament özünü idarə edən şəhərlərin sayının azaldılması barədə qanun layihəsinə dəstək vermişdi. Hakimiyyətin planına görə, 12 şəhərdən yalnız 5-i özünün idarə edən şəhər statusunu saxlayacaq, digər 7 özünü idarə edən şəhər və özünü idarə edən icma isə birləşərək bələdiyyə formalaşdıracaqdı.

Qeyri-hökumət təşkilatları dəyişikliyə veto qoyması tələbi ilə prezidentə müraciət etmişdilər. Bu məsələ ilə bağlı 3 iyul tarixində qeyri-hökumət təşkilatlarının nümayəndələri prezidentin nümayəndəsi ilə görüşdülər. Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin dediklərinə görə, proses qanun pozuntuları ilə müşaiyət olunub və əhalinin fikri nəzərə alınmayıb.

 

 

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register