Tarixdə Bu Gün
Tarixdə bu gün 21.7.2017-ci il.
365-ci ilin 21 iyulunda Dünyanın 7 möcüzəsindən biri olan İskəndəriyyə mayakında yanğından ciddi zərər görmüşdür.
İslam alimi imam Buxari 21 iyul 810-cu ildə anadan olub.
1774-ci ilin bu günü Türkiyə və Rusiya arasında Kiçik Qaynarca sülhü bağlanmışdır.
1798-ci ilin 21 iyulunda Napoleon və Misir məmlükləri arasında “Piramidalar döyüşü” baş verib. Döyüşdə qalib gələn Napoleon ordusunun Qahirəyə yolu açıldı.
21 iyul 1954-ci ildə Cenevrə sazişi imzalanıb və bununla Hind-Çin yarımadasında Fransa müstəmləkəçiliyinə son qoyuldu.
1960-ci ilin bu günü Şri-Lankada dünyada ilk qadın baş nazir Serenavo Bandranayti fəaliyyətə başlamışdır.
21 iyul 1970-ci ildə Misirdə Asuan bəndinin inşası başa çatıb
1983-ci ilin 21 iyulunda Sovet ekspedisiyası Antarktidada Yer səthində indiyədək rast gəlinən ən alçaq temperaturu qeydə alıb (-89,2 °C).
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments