Moxedə məscidin təməli artıq qoyulub. Tikintiyə müftilər idarəsi nəzarət edir

news4

Moxedə Otar Mikeladzenin həyətində məscidin təməlinin qoyulması təqribən beş gün əvvəl başlayıb.

“Ekskavator problemi yarandı və bir müddət dayandıq, bu günlərdə tikinti materialları gətirəcəklər və tikintini yenə davam etdirəcəyik”, – deyə Otar Mikeladze bildirir.

Qərbi Gürcüstanın müftisi Beqlar Kamaşidzenin “Samxretis Karibce”yə bildirdiyinə görə, “Moxedə məscidi müftilər idarəsi və dövlət tikir”.

Şantadze məscidin tikintisinin neçəyə başa gəldiyini konkret demir: “Nə lazım gələrsə o, da xərclənəcək, tikinti prosesində baxacağıq. Burada işlə indi yerlilər təmin olunub və onlara müftilər idarəsi və dövlət nəzarət edir”.

Xatırladaq ki, Moxe komissiyası 11 mayda işini başa vurub. Qeyd olunan komissiyanın qərarına əsasən, mübahisəli tikili statusla Milli Abidələrin Müdafiəsi Agentliyinə veriləcək. Kənddə isə yeni məscid tikiləcək.

Moxe komissiyasının qərarı ilə yerli xristian əhali razılaşır, müsəlmanların demək olar ki, böyük əksəriyyəti isə etiraz edir və ibadətlərini yenidən açıq hava altında davam etdirirlər.

Mənbə: http://sknews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register